Xəbər lenti
"Türkiyə-Azərbaycan-İran birləşərsə, "Kürdüstan" probleminin həllinə nail oluna bilər"
Mübariz Göyüşlü: “Bərzani böyük güclərin dəstəyini almasa, bir addım belə ata bilməz”
İraqın şimalındakı kürd muxtariyyatının referendum keçirib "Kürdüstan" dövləti qurmaq üçün göstərdiyi cəhdlər, bölgədəki gərgin durum, bunun Azərbaycana təsirləri ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü Moderator.az-a açıqlama verib. M.Göyüşlü baş verənlərin arxasında böyük güclərin dayandığına diqqət çəkib:
“Kürd muxtariyyatının lideri Məsud Bərzaninin müstəqillik istiqamətində göstərdiyi səylər, xüsusilə də referendum məsələsi regiondakı mövcud durumu daha da gərginləşdirib. Bu prosesin arxasında imperiyaları parçalayıb milli dövlətlərə çevirən, milli dövlətləri parçalayıb oyuncaq dövlətlərə çevirmək istəyən böyük güclərin durması vəziyyəti daha da qəlizləşdirir. Hər kəsə bəllidir ki, Bərzani böyük güclərin dəstəyini almasa bir addım belə ata bilməz. Neçə illər bundan öncə yazdığımız və səsləndirdiyimiz kimi bölgədə Ermənistan-"Kürdüstan"-İsrail üçlü ittifaqı mövcuddur. İsrailin "Kürdüstan" referendumuna açıq dəstək verməsi, ABŞ-ın gizli və aşkar dəstəyi bunu sübut etməkdədir. Ermənilər böyük güclərin maşası olaraq meydana gəldilər və onların planlarını icra etməklə məşğuldurlar. Lakin ermənilər vasitəsilə bölgədəki planları tam şəkildə həyata keçirmək çox çətin olduğu üçün "güclü" bir müttəfiqi - "Kürdüstan"ı ərsəyə gətirmək lazım idi və buna nail olunmaqdadır. Bərzaninin sözçülərinin açıqladıqları xəritədə Naxçıvana iddianın da əks olunması prosesin Azərbaycana təsir edə biləcəyini aşkar şəkildə göstərir. Lakin Azərbaycanın bu prosesin qarşısnı tək şəkildə almaq, ona təsir etmək imkanları çox məhduddur. Türkiyə və İranın da tək şəkildə hərəkət etməklə ciddi nəticələr ala bilməyəcəyi sübut olunmaqdadır. Ona görə də neçə illər bundan öncə də söylədiyimiz kimi bölgədəki "Kürdüstan" probleminin, o cümlədən bundan sonra da yarana biləcək bu kimi problemlərin qarşısını yalnız Türkiyə-Azərbaycan-İran birgə çalışmaları ala bilər. Azərbaycan Türkiyə ilə İran arasında strateji müttəfiqlik münasibətlərinin qurulmasında aparıcı rol oynaya bilər. Təqdirəlayiq haldır ki, bir neçə il ərzində hər üç dövlətin xarici işlər qurumlarına cavabdeh olan rəsmi şəxslərin təmasları oldu. Məncə bu təmaslar artırıla, real addımlar atıla bilər. Bu addımlardan biri də məhz süni şəkildə ortaya çıxarılmış "Kürdüstan" kimi ağrılı problemin, o cümlədən gələcəkdə ortaya çıxarıla biləcək məsələlərin qarşısının alınması ola bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar