Xəbər lenti
Prezidentlər oktyabrın sonuna qədər görüşə bilər
Sentyabrın 23-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçirilmiş görüşlə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar.
Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub.
“Ermənistan tərəfi prezidentlərin görüşünün baş tutmaması üçün axıradək çalışacaq”.
Bu sözləri metbuat.az-a açıqlaması zamanı siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Ermənistan bu dəfə də xarici işlər nazirlərinin görüşün keçirilmə vaxtını uzatmağa çalışdı:
“Ermənistan bu dəfə BMT-nin Baş Assambleyasının müstəvisində görüşü yubadmağa çalışdı. Amma özü ziyana düşdü. Çünki boş qalan vaxtdan istifadə edən həmsədrlər BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşdülər. Ermənilərin Nyu-Yorkda xarici işlər nazirlərinin görüşü ilə bağlı qurduqları ssenari tam əksinə oldu. Hətta mənim fikrimcə, 23 sentyabr Ermənistan diplomatiyasının qara günüdür. Ermənilər hesab edirdilər ki, Nalbandyan vəziyyəti gecikdirəcək, prezidentlərin göürüşünə imkan verməyəcək. Amma hər şey onların istədiyi kimi alınmadı. Ermənistan xarici işlər nazirliyi görüşdən sonra hətta ATƏT-in Minsk Qrupunun həmsədrlərinin o görüşlə bağlı yaydığı bəyanatı da tam formada saytlarına yerləşdirmədilər. Erməni tərəfi bundan sonra yenə çalışacaq ki, işi pozsun. Amma həmsədrlər də möhkəmdir. Bu istiqamətdə Rusiya da fəaliyyətdədir. Ermənistan müqavimət göstərə bilməsə, prezdentlərin görüşü oktyabr ayının sonlarınadək alınacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar