Xəbər lenti
Ərdoğandan acı etiraf - “BƏRZANİYƏ ABŞ VƏ RUSİYADAN DAHA ÇOX YARDIM ETSƏK DƏ, QƏDİR-QİYMƏT BİLMƏDİ”
“Məsud Bərzani zamanında məmurlarına maaş verə bilməyəndə biz onların yardımına yetişmişik. Mən baş nazir olduğum dövrdə onlara 2 milyard dollar kredit verdik ki, məmurların maaşını versin. Fəqət bunlar qədir-qiymət bilmirlər”.
Manevr.az haberturk-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat nümayəndələri ilə görüşündə deyib.
Ərdoğan onu da deyib ki, Bərzani yürütdüyü siyasət nəticəsində Türkiyə ilə Ərbil arasındakı münasibətləri pozma həddinə gətirdi. “Bizim onlara etdiyimiz dəstək və yaxşılıq əvəzində indi belə addımlar atırlar. Onlar qədir-qiymət bilmirlər ki… Yoxsa bizim onlarla nə alış-verişimiz var idi. Amma biz onlara 2 milyard dollarlıq kredit verdik ki, gedib məmurların maaşlarını versin. O zaman nə ABŞ, nə də Rusiya onlar bu yardımı etdi”.
Bundan sonra Türkiyənin Ərbillə bağlı planına gəldikdə isə Ərdoğan hələ ki, konkret qərarın olmadığını və şənbə günü belə bir qərarın olacağını dilə gətirib. “Atılacaq addımları vəziyyəti dəyərləndirdikdən sonra verəcəyik. Qərarlarımızı açıqladıqdan sonra nə olacağını görəcəksiniz. O torpaqların sadəcə kürdlərə deyil, eyni zamanda türkmənə, ərəbə də aidiyyatı var. Sadəcə bu yanlış bir hərəkətdir. Məsələnin tarixinə getsək, o zaman işlər dəyişər. Orada türkmənlərin partiya qərargahlarını atəşə tuturlar”- Ərdoöan vurğulayıb.
Türkiyə prezidenti əlavə edib ki, burada kimlərinsə kürdləri istiqamətləndirdiyi görünür. Referenduma ən böyük dəstəyin İsraildən olduğunu dilə gətirən Ərdoğan bildirib ki, biz İsrailin bu mövqeyini düz hesab etmirik: “Bunu mən Nyu-Yorkda yəhudi təşkilatlarının təmsilçiləri ilə görüşümdə də anlatdım. Odur ki, İsrailin münasibətləri mənfi istiqamətə yönəldəcək mövqelərdən uzaq durması lazımdır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar