Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Nalbandyan özünü gülünc vəziyyətinə qoyur” - XİN

Tarix: 22-09-2017 20:33     Baxış: 6393 A- / A+
“Nalbandyan özünü gülünc vəziyyətinə qoyur”
BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun 22 sentyabrda ATƏT-in Minsk Qrupunun həmsədrləri, 23 sentyabrda isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü nəzərə tutulub.

Bunu unikal.org-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən bildirib. "Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya Prezidentlərin mümkün görüşü və Minsk Qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir. Bu əsassız iddiası ilə E.Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri "ciddi danışıqlar imkanı olmayan” "turist” və ya yalnız "tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır”.O qeyd edib ki, gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyil:"ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistan xarici işlər naziri E. Nalbandyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır. E. Nalbandyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hal-hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaq”. - deyə H. Hacıyev bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar