Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əli Kərimlidən Müsavata solaxay zərbə - partiyalararsı gərginlik

Tarix: 13-09-2016 10:34     Baxış: 4476 A- / A+
Əli Kərimlidən Müsavata solaxay zərbə


Milli Şura Müsavat Partiyasını çətin vəziyyətə salıb

Artıq iki təşkilat üzvlərinin sosial şəbəkələrdə dartışması başlanıb.

Milli Şura sentyabrın 17-nə mitinq təyin etməklə Müsavatın 18-də keçiriləcək mitinqini qabaqlayıb.

Bu da Müsavatın mitinqinin sönük keçməsi ilə nəticələnə bilər. Artıq Feysbukda qarşıdurma yaşanır. MŞ-nın təxribatı kimi dəyərləndirilən növbəti mitinqin tarixi ilə bağlı etirazlar var.

Müsavat üzvlərinin iştirak etdiyi mitinqdə, Ə.Kərimlinin onlara təşəkkür etdiyi anda belə bir addım atılması başadüşülən deyil. Müxalifət referendum ərəfəsində də kim güclüdür mübarizə aparır.

Mətbuata daxil olan məlumata görə, hakimiyyət qarşıdakı mitinqlər barəsində iki versiya üzərində dayanır.

İlkin ehtimal MŞ-ya icazə verilməsi, Müsavata “yox” deyilməsidir. Bu da cəmiyyətdə Milli Şuranın hakimiyyətlə əməkdaşlıq etməsi haqda iddiaların səslənməsinə gətirib çıxara bilər.

Digər variant isə hər iki mitinqə icazə verilməsidir ki tərəflər 2 gün ərzində bir-birini qırsın. Bu ehtimal daha yüksəkdir. Çox güman ki Milli Şura növbəti mitinqdə də üzvlərinə Müsavatın ertəsi gün keçiriləcək aksiyasına qoşulmağa çağırış edəcək.

Amma Müsavatın mitinqi kifayət qədər seyrək keçəcək və Milli Şura bu periodda ən güclü müxalifət kimi özünü elan edəcək. Nəticədə referendumdan sonra da partiyaların qovğası dərinləşəcək.(politika.az)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar