Xəbər lenti
Erməni deputatlar Bakıya gəlir - “Bu Azərbaycanın xeyrinədir”

Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakıya gələcək.
Onlar Azərbaycana sabah Bakıda keçiriləcək “Avronest” Parlament Assambleyasının iclasında iştirak üçün gəlirlər. Erməni mətbuatının yazdığına görə, Armen Aşotyan və Mane Tandilyan Bakıya Gürcüstanın paytaxtı Tiflisdən gələcək və nümayəndə heyətinin təhlükəsizliyinə rəsmi Bakı zəmanət verib.
Millət vəkili Zahid Oruc aznews.az-a xəbəri təsdiqləyib və bildirib ki,onların səfəri sentyabrın 23-də başa çatacaq. "Bu bizim beynəlxalq öhdəliyimizdir və erməni deputatların Bakıya gəlişi Azərbaycanın xeyrinədir.Onlar ölkəmizin inkişafını öz gözləri ilə görəcək və Qarabağ problemində Azərbaycanın sərt mövqeyinin şahidi olacaqlar"-deyə millət vəkili bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar