Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

GİZLİ QARABAĞ DANIŞIQLARI - Putin xüsusi nümayəndəsini İrəvana göndərdi

Tarix: 17-09-2017 09:52     Baxış: 4546 A- / A+
GİZLİ QARABAĞ DANIŞIQLARI


Sentyabrın 14-də Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İrəvana səfərə gəlib.
Səfər çərçivəsində Şvıdkoy Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
İlk baxışdan adi görünən bu səfərin arxasında bəzi detalların olması diqqət çəkir.
İrəvanda Stalin repressiyalarının qurbanlarına aid sərgi qalmaqala səbəb oldu. Belə ki, Ovannesa Tumanyanın ev muzeyində açılan sərgi Ermənistan Mədəniyyət Nazirliyinin qərarı ilə bağlandı.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Şvıdkoyun səfəri bununla bağlı ola bilər.
“Mədəniyyət Nazirliyinin qərarından sonra Putinin mədəniyyət üzrə xüsusi nümayəndəsi İrəvana baş çəkdi və yüksək səviyyədə qəbul olundu. Güman ki, səfərin bir səbəbi məhz bu sərgi ilə bağlıdır. Lakin hakimiyyət yaranmış səs-küyü sakitləşdirmək üçün bildirdi ki, sərgi texniki səbəblərə görə bağlanıb və Sej Sarkisyanın göstərişi ilə Stalin repressiyalarının qurbanlarına aid muzey yaradılacaq. Bunun reallaşacağını demək çətindir, çünki Rusiya Stalinin gözdən salınmasına imkan verməyəcək”, – deyə o bildirib.
Lakin Şvıdkoyun səfərinin təkcə sərgi ilə bağlı olmadığı da aydındır. Çünki səfər proqramında mədəni əməkdaşlıq haqda heç bir qeyd yoxdur.
Ermənistan mediası Şvıdkoyun Putinin mesajlarını çatdırmağa gəldiyini yazır.
M.Şvıdkoyun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dostu olması faktoru isə Ermənistanda ciddi narahatlıq yaradıb. Həmçinin, Şvıdkoy Dağlıq Qarabağ münaqişəsinin həllində “xalq diplomatiyası”nın əsas tərəfdarlarından biridir.
Bir neçə gün öncə Moskvada Azərbaycan, Rusiya və Ermənistanın din xadimlərinin iştirakı ilə keçirilən görüş də deməyə əsas verir ki, Rusiya münaqişənin həllində bu diplomatiyasını yenidən gündəmə gətirir. Ehtimal ki, Şvıdkoy da İrəvanda məhz münaqişə ilə bağlı mesajları çatdırıb.
Erməni siyasi şərhçi Razmik Akopdjanyan iddia edir ki, Putinin nümayəndəsi ilə İrəvanda gizli danışıqlar aparılıb.
“Güman ki, bütün detallar gizli qalacaq. Lakin hesab etmək olar ki, bu danışıqlar əsasən Qarabağ münaqişəsinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışına dair irəli sürülən təkliflərə həsr olunub”, – deyə o bildirib. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar