Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Üçüncü Maydan hadisələri yaşana bilər -Saakaşvilinin Ukrayna yüksəlişi

Tarix: 14-09-2017 11:16     Baxış: 5439 A- / A+
Üçüncü Maydan hadisələri yaşana bilər

Politoloq: “Qarışıqlığa maraqlıdırlar, ancaq çalışacaqlar ki, xaosa imkan verməsinlər”

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili artıq Ukraynada aktiv oyuna daxil olur. Ekspertlər bildirirlər ki, qubernatorluqdan istefa verənə qədər Saakaşvili Poroşenkonun çətiri altında idi. Amma indi sərbəst oyunçuya çevrilir. Maraqlısı odur ki, Saakaşvilinin ətrafında Yuliya Timoşenko kimi böyük gücü olan siyasətçi və yəhudi oliqarx İqor Kolomoyski yer alıb.

Üstəlik, amerikalıların da Saakaşviliyə yatırım etdiyi müşahidə edilir. Eyni zamanda Kiyevin az qala müttəfiqi olan Varşava da prosesə qarışmır, hətta Saakaşvilinin ölkəyə buraxılmamasını tənqid edir. Ekspertlər hesab edirlər ki, Saakaşvili ətrafına böyük kütlə yığarsa və ən vacibi isə Qərbin, özəlliklə də ABŞ-ın razılığını alarsa, Poroşenkoya qalib gələcək. Bu ola bilsin Saakaşvilini prezident edəcək, amma nəticə fərqli də ola bilər. Bu da mümkündür ki, Saakaşvili ukraynalıları tam özündən uzaqlaşdırmamaq üçün prezident kimi hansısa ukraynalının namizədliyini irəli sürsün. Qısası ekspertlərin fikrincə Kiyevdə üçüncü Maydan hadisələri başlaya bilər.

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, Saakaşvilinin Ukraynada prezident ola biləcəyini düşünmür:

“İlk olaraq onu qeyd edim ki, bu gün Poroşenkodan ABŞ-da da narazıdırlar . Saakaşvilini də ABŞ-da heç sevmirlər. O, kəskin anti-Rusiya mövqeyi sərgiləyir. Belə mövqeyə sahib olduğu üçün ABŞ qorxur ki, Saakaşvili Gürcüstanda və ya Ukraynada hakimiyyətə gələrsə, Rusiya ilə münasibətləri müharibə həddinə gətirib çıxara bilər. Bu müharibə baş verərsə, ona ABŞ-da qoşulmalı olacaq. Ona görə Saakaşvilini istəmirlər. Ancaq bir məsələ də var ki, qızışdırıcı agent kimi Saakaşvilinin Ukraynada başladığı hərəkat, ABŞ üçün Poroşenkodan daha yaxşısını ortalığa çıxara bilər. Hazırda elə iş adamları var ki, ABŞ onlarla əlaqədədir. Eyni zamanda ABŞ-ın Ukraynadakı gənc siyasətçilərdə də gözü var. Əgər Saakaşvilinin başladığı hərəkat həmin siyasətçiləri üzə çıxaracaqsa və iş adamlarını da bu prosesə qoşa biləcəklərsə, ABŞ Poroşenkonu əvəzləyəcək. Bu mərhələyə qədər ABŞ Saakaşvilinin sərbəst fəaliyyətinə imkan verəcək. Hadisələr təbii olaraq Rusiyanı da qıcıqlandırır. Ancaq indiki vəziyyətdə Rusiya artıq bütün yumşaq təsir vasitələrini itirib. Məsələn, Gürcüstanın daxilində Rusiyanın yumşaq təsir vasitəsi yoxdur. Ukraynada isə uzun zamandır ki, bu, belədir. Ümumiyyətlə, Ukraynada proseslər 2014-cü ildən çox fərqlidir. Hazırda orada 2014-cü ildə rusiyapərəst olan qüvvələrin bəziləri artıq Rusiyadan üz çevirib. Fikir verin ki, Rusiya Ukrayna ilə əlaqəli ”novorossiya" terminini ortaya atdı, ancaq bu, dövriyyədə qalmadı. Bu yaxınlarda da “molorossiya” terminini dövriyyəyə buraxdı, o da eyni qaydada gündəmdən çıxdı. Çünki Ukraynadakı rusiyapərəstlər bu ideyanı dəstəkləmədilər. Bunlar onu göstərir ki, Ukraynada Rusiyanın təsir vasitələri bitib".

Politoloq bildirib ki, hazırkı məqamda Rusiya Ukraynada birbaşa hərbi əməliyyatlara start verə bilməz:

“Hazırda Rusiyanın Ukrayna ilə bağlı siyasəti tədricən Qərbin təkliflərini qəbul edib, bunun fonunda öz istəklərini reallaşdırmaqdır. İndi Rusiya-ABŞ münasibətləri də çox kəskin mərhələdədir. Düşünürəm ki, Rusiya ABŞ-a güc göstərə biləcəksə, bu, Ukraynada olmayacaq. Yaxın aylarda bunun Suriyada baş verəcəyi gözlənilir. Onu da unutmaq lazım deyil ki, Rusiya həm də ABŞ-a Suriyada zərbə vurmağa hazırlaşdığı üçün Ukraynada hazırda heç bir artıq-əskik hərəkət etməyəcək. Bu məsələlər fonunda Krımın isə yenidən Ukraynaya qaytarılması mümkünsüzdür. Bunu birmənalı şəkildə yaddan çıxarmaq lazımdır. Artıq ABŞ və Avropa elitası başa düşür ki, Krım tarixən Rusiyaya məxsusdur. Belə bir fikir var ki, Ukraynadan daha çox Krıma tarixən Türkiyə iddia edə bilər. Ona görə də Krım mövzusu artıq bağlanıb. Qərb, sadəcə olaraq, Krım məsələsini çox ciddi qanun pozuntusu sayır və bundan Rusiyaya qarşı alət kimi istifadə edir. Donbas məsələsi ilə bağlı isə uzun müddət müzakirə gedə bilər”.

Politoloq Saakaşvilinin addımlarının Ukraynadakı vəziyyətə necə təsir edəcəyi barəsində də fikir bildirib:

“Ukraynada vəziyyətin normallaşması, normal siyasi metodlarla çox çətindir. Yəni Poroşenkonun apardığı siyasət Qərbin gözlədiyi effekti vermir. Poreşonkonun düşüncəsinə görə, o, Rusiyanı söyürsə, bu, kifayətdir və Qərb də Ukraynanın yerinə Rusiyanı vurmalıdır. Qərbdə də bunu görürlər ki, Poroşenkonun rəhbərliyi altında Ukraynanın normal, korrupsiyadan uzaq dövlət olması çox çətin məsələdir. Bu baxımdan, ABŞ-da müəyyən qüvvələr maraqlıdır ki, Poroşenkoya təzyiqlər olsun. Ya Poroşenko ətrafını təmizləsin, demokratik dövlət qursun, ya da getsin, yerinə də ABŞ-ın maraqlarına cavab verə bilən lider gəlsin. Ona görə də qarışıqlığa maraqlıdırlar, ancaq çalışacaqlar ki, xaosa imkan verməsinlər”.musav.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar