Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putin genişmiqyaslı MÜHARİBƏYƏ HAZIRLAŞIR

Tarix: 07-09-2017 15:23     Baxış: 4433 A- / A+
Putin genişmiqyaslı

Belarus-Rusiya "Qərb-2017” birgə hərbi təlimləri Moskva tərəfindən genişmiqyaslı müharibəyə hazırlıqdır.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya illik müraciətdə deyib.

"Təlimlərin kontinental miqyaslı hücum müharibəsinə hazırlıq olduğuna dair sübutlar çoxdur”, - Poroşenko bildirib.

Onun sözlərinə görə, "Qərb-2017” strateji təlimlərlə əlaqədar olaraq Ukrayna dövlət sərhədinin bütün bölmələrində nəzarət gücləndirilib:

"Strateji komanda-ştab təlimləri bəhanəsi ilə Ukraynanın ərazisinə müdaxilə üçün Rusiya qoşunlarının yeni zərbə qruplaşmalarının yaradılması istisna edilmir. Təəssüf ki, təlimlərin tamamlanmasından sonra Rusiya qoşunlarının qayıdacağına dair heç bir zəmanət yoxdur”.

O həmçinin qeyd edib ki, Moskvanın Krımdan getməyə hazırlaşdığını göstərən heç bir əlamət yoxdur.
Qeyd edək ki, Qərb nəşrləri "Qərb-2017” (sentyabrın ortalarında keçiriləcək - red.) hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb. Bu, xarici ictimaiyyətin şübhələrini əks etdirir ki, Rusiya təlimlər bəhanəsi ilə Baltikyanı regionunda hərbi əməliyyat həyata keçirməyi planlaşdırır.
"Qərb-2017” təlimləri ilə əlaqədar NATO-nun qorxusu yenidən qayıdıb. Qərb generaliteti arasında artan narahatlıq bundan ibarətdir ki, Qərb sərhədlərində Rusiyanın hərbi gücü təlimlərdən sonra da saxlanılacaq.

Ötən həftə isə Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə "Qərb-2017” təlimlərinin ssenarisini təqdim edib. Sssenariyə görə, Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır. "Veysnoriya”, "Vesbariya” və "Lubeniya” şərti dövlətlərin Belarus və Rusiyaya hücum etdiyi ssenaridə əksini tapıb.
Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə Rusiya prezidenti Vladimir Putinin təklifini şərh edən Poroşenko bildirib ki, Rusiyanın bu missiyada iştirakına qarşıdır.
"Ukrayna tərəfi BMT Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirələrə hazırdır. Amma Rusiyanın sülh missiyasında iştirak etməməsi şərtilə”, - dövlət başçısı qeyd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar