Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Tarixi məktub gün üzünə çıxdı : Obama Trampa nəyi vəsiyyət edib?

Tarix: 04-09-2017 19:13     Baxış: 4344 A- / A+
Tarixi məktub gün üzünə çıxdı

ABŞ-ın “CNN” xəbər kanalı Barak Obamanın yenicə prezident seçilən Donald Trampa yazdığı məktubunu yayımlayıb.
“CNN”in verdiyi məlumata görə, məktub əllə yazılıb və “Hörmətli Prezident” müraciəti ilə göndərilib. Maraqlısı odur ki, bu məktub iki prezident arasında son birbaşa əlaqə faktıdır.
Ənənəyə görə, ABŞ prezidentləri postlarında keçirdikləri son gündə xələfləri üçün məktub yazmalıdır. Bu ənənəyə sadiq qalan Barak Obamanın Donald Trampa olan məktubunu təqdim edirik:
“Sevgili Prezident,
Yarışdakı uğurunuzu təqdirəlayiq hesab edir və buna görə sizi təbrik edirəm. Milyonlarla insan sizə ümid bağladı və hansı partiyaya məxsus olması fərq etmədən sizin daha çox rifah və təhlükəsizlik ortamı yaratmağınıza inam bəslədi.
Prezidentlik postu tayı-bərabəri olmayan bir məqamdır. Burada uğura aparan açıq bir plan yoxdur. Buna görə də mənim verə biləcəyim hər hansı bir tövsiyənin yararlı olacağına əmin deyiləm. Buna baxmayaraq, son 8 ildən mənə qalan bir neçə fikri sizinlə bölüşmək istəyirəm.
İlk olaraq, hər ikimizin də fərqli yollarla da olsa, yaxşı bir tale ilə mükafatlandırıldığımızı bildirmək istəyirəm. Hər kəs bu qədər şanslı deyil. Çox işləməyi istəyən hər bir uşaq və ailə üçün uğur pillələri inşa etmək yolunda əlimizdən gələni etmək bizim əlimizdədir.
İkincisi, bu gün dünyada Amerikanın liderlik etməsi qaçınılmaz durumdur. Hərəkətlərimiz, nümunə olacaq rifahımız və təhlükəsizliyimizlə beynəlxalq balansı qorumaq da bizə bağlıdır.
Üçüncüsü, biz bu məqamın sadəcə müvəqqəti sakinləriyik. Bu bizi atalarımızın savaşdığı və uğruna qan axıtdığı demokratik qurumların və ənənələrin - hüququn üstünlüyü, güc ayrıseçkiliyi, bərabər haqlar və sivil azadlıqların qoruyucusu edir.
Son olaraq bildirmək istəyirəm ki, bütün bu problemlərin və yüklərin arasında ailənizə və dostlarınıza zaman ayırın. Onlar qaçınılmaz olan çətinliklərin öhdəsindən gəlməyinizə yardımçı olacaqlar.
Mişel və mən sizə və Melaniyaya bu macəra yolunda uğurlar arzu edir və edə biləcəyimiz hər cür yardıma hazır olduğumuzu bildirmək istəyirik.
Bol şans və Tanrı köməkyiniz olsun!”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar