Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm" : R.T Ərdoğan

Tarix: 01-09-2017 13:18     Baxış: 4312 A- / A+
"Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm"


"Onlar da təbii ki, bu hücumlar qarşısında öz vəzifələrini yerinə yetirdilər".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirib.

İstiPress-in xəbərinə görə, bu gün İstanbulda bayram namazından sonra jurnalistlərin suallarını cavablandıran R. T. Ərdoğan bu hadisəni skandal kimi qiymətləndirib. "Bu, skandaldır. Amerikada ədalət sisteminin necə çalışdığının çox açıq göstəricisidir. BMT Baş Assambleyasına gələn qonaqları ABŞ-ın təhlükəsizlik orqanları qorumalıdır. ABŞ üzərinə düşən bu məsuliyyəti yerinə yetirmirsə, orada bizə hücum edən PKK terror təşkilatı mənsublarına qarşı mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirməyəcəkmi? Onlar da təbii ki, bu hücumlar qarşısında öz vəzifələrini yerinə yetirdilər".

R. T. Ərdoğan cinayət işinin açılmasında Obama dövründə təyin olunmuş prokuroru günahlandırıb: “Orada Obama dövründən qalma prokuror var, belə bir ittihamnamə hazırlaması bizi maraqlandırmır. Bundan sonrakı səfərimizdə orada fürsət olarsa, hörmətli Trampla ayrıca görüşəcəyik. Hazırda Xarici İşlər və Ədliyyə nazirliklərimiz lazımi danışıqları davam etdirirlər. Lakin Amerikadakı bu hadisələr yaxşı deyil. Amerika hələ də FETÖ rəhbərinin qorunduğu bir ölkədir. Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə düşüb. Mən Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm”.

Qeyd edək ki, ABŞ-da R. T. Ərdoğanın may ayında Vaşinqtona səfəri zamanı Türkiyə səfirliyi qarşısında baş vermiş hadisə ilə əlaqədar Türkiyə prezidentinin 15 mühafizəçisinə qarşı cinayət təqibi başlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar