Xəbər lenti
“Nazirlərin növbəti görüşü barədə məlumatımız yoxdur” – Zaxarova

Rusiya XİN-in sözçüsü Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata münasibət bildirib.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistin bu barədə sualını cavablandırıb. O bildirib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.
M. Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da söyləyib: “Bu barədə məlumat olan kimi, bildirəcəyik”.
Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü belə cavab verib: “Siz bizim bu məsələ barədə ənənəvi mövqeyimizi bilirsiniz. Ona görə də, sizi bundan əvvəlki şərhlərimizə istiqamətləndirə bilərəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar