Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Bakıya gəlməyəcək – SƏBƏB...

Tarix: 31-08-2017 09:24     Baxış: 6288 A- / A+
Ərdoğan Bakıya gəlməyəcək


Tanınmış siyasətçi mümkün səbəblərdən danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə avqustun 30-da jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib. Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib, lakin konkret ay və gün barədə heç nə deməyib. Erkan Özoral səfərin təxirə salınmasının iş proqramı ilə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməli idi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu. Ərdoğanın səfəri zamanı Azərbaycanla çox mühüm məsələlərin müzakirə ediləcəyi barədə məlumatlar var idi.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın 2016-cı il fevralın 18-də də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri təxirə salınmışdı. Səfərin təxirə salınmasına Ankarada terror aktının törədilməsi səbəb olmuşdu. Rəsmi açıqlamada belə deyilirdi. Həmin səfər çərçivəsində də Azərbaycanda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi.

Azərbaycan prezidenti İlham Əliyev isə iclasın Ankarada keçirilməsi təşəbbüsünü qaldırmışdı və bir neçə həftə sonra təşəbbüs reallaşdırılmışdı. Türkiyə prezidenti bu jestə və terrorla mübarizədəki həmrəyliyinə görə Azərbaycan prezidentinə təşəkkür etmişdi. Ərdoğanın budəfəki səfərinin nədən təxirə salındığı haqda isə rəsmi açıqlama yoxdur.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, bu cür səfərlərə öncədən çox ciddi hazırlıqlar gedir, belə səfərlərin ön hazırlıqları olmalıdır: “Adətən üç başlıca səbəbdən bu tip səfərlər təxirə salına bilər. Ciddi təhlükəsizlik problemi yaranarsa, nəzərdə tutulan anlaşmalar üzrə sənədlərin hazırlanması başa çatmazsa və yaxud prinsipcə əldə olunan razılaşmalar sonradan tərəflərin biri tərəfindən pozularsa. Ola bilsin ki, bu üç haldan biri baş verib, ona görə də səfər təxirə salınıb. Məsələyə optimist baxsaq, məsələn, tutaq ki, öncədən ciddi prinsipial razılaşmalar əldə olunub, amma sənədlərin texniki olaraq hazırlanmasını mütəxəssislər çatdıra bilməyiblər. Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında saziş var. Ola bilsin ki, bu sahədə irəli gedən hansısa bir addım atılmaq istənib və çox ciddi sənədlər hazırlanmalıdır. Sənədlərin hüquqi, texniki baxımdan hazırlanması zaman alır. Yaxud da ola bilsin, son anda danışıqların gedişində hansısa bir detal ortaya çıxır və tərəflər bunu əlavə müzakirə etməli olurlar. Buna da əlavə zaman lazımdır. Amma neqativ tərəfdən yanaşsaq, ola bilsin ki, ilkin hansısa razılıq əldə olunub, lakin sonradan tərəflərdən biri fikrini dəyişib. Məsələn, Azərbaycanla Türkiyə arasında ciddi bir məsələ ilə bağlı razılaşma ola bilər və onu hüquqi baxımdan fiksə etmək üçün sənəd hazırlanarkən Rusiyanın basqısı ilə tərəflərdən biri geri çəkilib. Bu da istisna deyil. Odur ki, səfərin təxirə salınmasının dəqiq səbəbi rəsmi açıqlanmadan dəqiq şərh vermək çətindir”.

“Bu yaxınlarda Türkiyədə nazir tərəfindən açıqlama verildi ki, Türkiyə Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qoşula bilər. Bəllidir ki, Türkiyənin bu quruma daxil olması Ermənistanla bir ittifaqda təmsil olunmaq demək olar və işğalçı ölkə ilə sərhədlərin açılmasına gətirib çıxara bilər. Ola bilərmi ki, bu məsələ Ərdoğanın səfəri öncəsi ortaya müəyyən problemlər çıxarıb və nəticədə səfər ertələnib” sualına S.Əkbər belə cavab verdi: “Bu da ola bilər. Türkiyə indi Avropa Birliyi və ABŞ-la ciddi problemlər yaşayır. Ona görə də yeni tərəfdaşlıq, müttəfiqlik axtarışları içərisindədir. Bu, Ankarada çox ciddi müzakirə olunan məsələlərdən biridir. O istiqamətlərdən biri Şanxay Əməkdaşlıq Təşkilatı ilə hansısa formada münaisbətlərin qurulması, digəri Avrasiya İqtisadi Birliyi ilə münasibətlərin yaradılmasıdır. Türkiyə bunu öncələr siyasi-diplomatik basqı elementi kimi istifadə etmək istəyirdi, artıq bunun işləmədiyini görüb bu istiqamətlərdə əməkdaşlıq istiqamətində ciddi müzakirələrə başlayıb. Təbii ki, əgər Türkiyə Avrasiya İqtisadi Birliyi ilə Gömrük İttifaqına qoşulmaq məsələsini müzakirə edirsə, o zaman Ermənistanla da əməkdaşlıq etməlidir. Bu da şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərə ciddi təsir edən elementdir”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar