Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vəzirovun azad etdiyi erməni keşişi özünü Qazaxda necə partladıb? – 1989-cu ildə baş vermiş terrorun tarixi

Tarix: 31-08-2017 07:33     Baxış: 3271 A- / A+
Vəzirovun azad etdiyi erməni keşişi özünü Qazaxda necə partladıb?


Təxminən 30 il əvvəl Kataloniyada olduğu kimi, Azərbaycanda da ruhani özünü partladıb. O, daha əvvəl bütün ermənilərin katolikosunun xahişi ilə Vəzirov tərəfindən azadlığa buraxılmışdı.
Kataloniyada genişmiqyaslı terror aktlarının hazırlandığı zaman İspaniyada məscidin imamının özünü partlatması yada saldı ki, 1980-ci illərin sonlarında Azərbaycanda da erməni kilsəsinin ruhanisi özünü partlatmışdı. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə politoloq Fuad Axundov deyib.
O qeyd edib ki, imamla bağlı hadisə haqqında bütün dünya bilsə də, erməni ruhani ilə bağlı hadisə barədə hətta SSRİ-də heç kim bilmirdi. Erməni kilsəsinin ruhanisi Stepan Davtyan Qazax rayonunda ucaldılmış Xalqlar dostluğu abidəsini partlatmağa cəhd göstərərkən özünü partlatmışdı. Bu hadisə haqqında qeydlər yalnız respublika qəzetlərində yer alsa da, Azərbaycan SSR rəhbəri Əbdürrəhman Vəzirovun sərəncamı ilə Davtyanın digər “qəhrəmanlığı” haqqında ümumiyyətlə heç kim heç nə bilmirdi: “Bu maraqlı təfərrüatları erməni terroruna dair kitabların hazırlanması üçün DİN qərargahında milli zəmində baş vermiş hadisələrlə bağlı məlumatları gözdən keçirərkən aydınlaşdırmağa nail oldum. Orada mən 1980-ci illərin sonlarında Bakıda xəncər və içərisində yandırıcı qarışıq olan butulka ilə saxlanmış erməni ruhani Stepan Davtyanın soyadına rast gəldim. Və xatırladım ki, sonradan Davtyan soyadlı bir şəxs Qazaxda özünü partladıb. Nəticədə onlar eyni adam olduğunu aydınlaşdırdım. Partlayış törətməyə hazırlaşan silahlı ruhaninin nə üçün dərhal azadlığa buraxılması barədə DİN-ə göndərilən sorğuya əsasən məlum oldu ki, Davtyan üçün Vəzirovdan katolikos I Vazgen xahiş edib. Bu epizod “Azərbaycan” nəşriyyatında işıq üzü görmüş “Elan edilməyən müharibə” adlı kitabda dərc olunub”, – deyə F.Axundov bildirib.
O qeyd edib ki, məscidin imamı üçün heç kəs xahiş etməzdi, çünki islam dünyasında hamı terroru və imamın hərəkətlərini pisləyir, Eçmiədzin rəhbəri isə əksinə, Davtyanı ittiham etmək əvəzinə onun azadlığa buraxılmasını xahiş etdi.
“Eçmiədzin hələ çar Rusiyasında qeyri-qanuni, dövlət əleyhinə və terror əməllərində iştirak edib. Rus pravoslav kilsəsinin Sinod üzvləri daxil olmaqla, çoxlu sayda tədqiqatçılar, siyasi xadimlər bu faktları qeyd ediblər. Xüsusilə amerikalı tarixçi Pol Vert yazırdı ki, Eçmiədzin katolikosu. Rusiyanın verdiyi beynəlxalq siyasi rıçaqlardan erməni çarlığının yaradılması üçün istifadə edirdi. Bundan başqa, mütləqiyyət ermənilərin bu cür planlarına mane olmağa çalışdıqda, Eçmiədzin onu məharətlə şantaj etməyə başladı. Nəticədə 1903-cü ildə Eçmiədzin ləğv olundu, əmlakı isə müsadirə edildi. Rus pravoslav kilsəsi onu lənətlədi. Yəni XX əsrin başlanğıcında erməni kilsəsi dövlət əleyhinə əməllərin və terrorizmin tərəfdarı idi, çar hakimiyyəti isə belə hərəkətlərin təhlükəsini anlayaraq onu qadağan etdi. Ancaq bu gecikmiş tədbirlər Rusiya imperiyasının dağılmasını dayandırmadı. Artıq 1980-ci illərin sonlarında bu təhlükəni görməyən Mixail Qorbaçovun hərəkətləri Sovet İmperiyasının dağılmasını sürətləndirdi”, -deyə politoloq vurğulayıb.
Starteq.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar