Xəbər lenti
Plastik su qablarının altındakı müəmmalı rəqəmlər - "QARANLIQ SİRR"

Yayın isti günlərində hər kəs mağazalardan aldığı plastik şüşələrdəki sulardan içir. Qiymət fərqi, rəngli sular və ya təmiz qazlı-qazsız olaraq satışa buraxılan suların istehsal olunduğu plastik şüşələrin qapağının altındakı "qaranlıq sirrlər"dən xəbəriniz varmı? Həyatımızın ayrılmaz hissəsinə çevrilən bu sular görəsən ekoloji cəhətdən və insan sağlamlığı baxımından nə dərəcə faydalıdır? Bu xəbəri oxuduqdan sonra artıq plastik şüşələrdə olan suları içmək istəməyəcəksiz.
PET, ya da PETYA
Plastik şüşələr təhlükəli kimyəvi maddələrin qarışımından hazırlandığı üçün istifadə müddəti keçildikdən sonra insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Plastik şüşələrdə su alarkən aşağıdakı xüsusi işarələrə diqqət edin: Nömrəli üçbucaqlar plastik şüşənin hansı növ kimyəvi qarışımlardan istifadə olunduğunu göstərir. PET, ya da PETYA olaraq yazılan şüşələr digərləri ilə müqayisədə ən geniş istifadə edilənlərdir. Amma burda bir məqam var. Bu şüşələr yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Bu plastik şüşələri yenidən doldurub istifadə etdiyiniz təqdirdə suyun tərkibinə kimyəvi maddələr nüfuz edir və bu ən yaxşı ehtimalda ağır zəhərlənmələrə, ən pis ehtimalda isə hormonların pozulmasına səbəb olur.

PVC, ya da V
Bu plastik materiallardan isə əksər hallarda yemək qablarının, yumşaq materiallar və oyuncaqların hazırlanmasında istifadə edilir. Suyun tərkibinə zəhərli toksinlərin qarışması ehtimalına görə, bu materialların suların qablaşdırılmasında istifadəsi tövsiyə edilmir. Polietilen (2 və 4) və polipropilen (5, PP) şüşələri çoxsaylı istifadələr üçün uyğundur. İçərisində uzun müddətli su saxlamaq olur. Lakin mütəmadi olaraq dezinfeksiya edilməsi məsləhətdir.

Plastik butulkalarda bakteriyaların sayı sürətlə çoxalır
Artıq bir dəfə istifadə edilmiş plastik şüşələrdən ikinci dəfə istifadə etmək tövsiyə edilmir. Alimlər sübut edib ki, plastik şüşələrin qabağında çoxsaylı bakteriyalar toplanır. Bu, tualetdə unitazdan su içməyə bərabərdir. Çıxılmaz vəziyyətdə istifadə etmək üçün isə şüşələrdəki bakteriya miqdarını azaltmaq üçün onları sirkə və ya sabunlu su ilə yaxşı-yaxşı yaxalamaq məsləhətdir.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar