Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Putin bu gün qəti Qarabağ qərarı verəcək

Tarix: 23-08-2017 21:42     Baxış: 4460 A- / A+
Putin bu gün qəti Qarabağ qərarı verəcək


Ermənistan müstəqilliyini birdəfəlik itirə bilər.
Rusiya prezidenti Vladimir Putin bu gün Soçidə Ermənistan prezidenti Serj Sarkisyanı qəbul edəcək.
Manevr.az-ın İstiPress-ə istinadən məlumatına görə, görüşün konkret predmeti iki tərəfli münasibətlərin vəziyyəti ilə bağlı olsa da, Rusiya prezidentinin Qarabağla bağlı konkret qərarına da ciddi təsir edəcək.
Məsələ bundadır ki, görüş çərçivəsində Ermənistanla Rusiya arasında Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində münasibətlərin perspektivlərinə baxılacaq. Son aylar da iki ölkə arasında bu münasibətlərin gələcəyi təhlükə altına düşüb.

Putin bu gün qəti Qarabağ qərarı verəcək


Ermənistan NATO və Avropa Birliyi (AB) ilə əməkdaşlıq yolunu tutub ki, bu, Ermənistanın KTMT və Avrasiya İttifaqında üzvlüyünü sual altına salır. Ermənistan baş naziri Karen Karapetyan bu yaxınlarda erməni mətbuatına verdiyi müsahibəsində bu yoldan geri dönməyəcəklərini, ilin sonuna qədər AB ilə “Şərq tərəfdaşlığı” çərçivəsində saziş bağlayacaqlarını bildirib. Həmçinin, Ermənistan bu yaxınlarda Gürcüstanda keçirilmiş NATO təlimlərinə qatılıb ki, bu da Rusiya tərəfindən kəskin qınanıb.
Əgər Serj Sarkisyan Putini bu yoldan dönəcəklərini və qərblə əməkdaşlığı dayandıracaqlarına inandıra bilməzsə, Rusiya Ermənistanı sərt cəzalandıracaq. Rusiyanın Ermənistana təzyiqi ilk öncə Qarabağla bağlı ola bilər. Yəni Rusiya Qarabağda Ermənistanı müdafiə etməkdən imtina edə bilər. Sirr deyil ki, 2016-cı ili aprel döyüşlərində Azərbaycan ordusunun hücumunu Rusiya dayandırdı.
Amma Rusiya bundan da sərt davrana bilər və Ermənistanı bütünlüklə hakimiyyətdən sala bilər. Məsələn, İrəvanda hakimiyyətə Rusiya ilə federasiya tərəfdarları gətirilə bilər və onlar Ermənistanı keçmiş SSRİ-dəki vəziyyətə salan saziş imzalaya bilərlər. Bununla da Ermənistan müstəqilliklə birdəfəlik vidalaşa bilər, Abxaziya və Cənubi Osetiya ilə eyni statusa düşə bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar