Xəbər lenti
Bakı İcra Hakimiyyəti müxalifətin mitinq müraciətinə cavab vermir
11 sentyabr mitinqinə 2 gün qalsa da, Milli Şuradan BŞBPİ-yə çağırılan olmayıb; Müsavat başqanından isə qanunsuz aksiyalarla bağlı soruşulub
Müsavat Partiyasının başqanı Arif Hacılı sentyabrın 8-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olub. Partiya rəhbəri Milli Şuranın 11 və Müsavatın 18 sentyabra təyin etdikləri mitinqlərlə bağlı idarəyə çağırılıb.
BŞBPİ-nin Təhlükəsizlik bölməsinin rəhbəri Nuralla Məmmədxanovla görüşən A.Hacılı idarə önündə olan jurnalistlərə açıqlama verib. “Sentyabrın 8-i Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Təhlükəsizlik bölməsinin rəisi Nuralla Məmmədxanovla görüşdüm”.
Bunu Azadlıq Radiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. A.Hacılının deməsinə görə, N.Məmmədxanov bildirib ki, onlara Müsavat Partiyasının şəhərin ayrı-ayrı yerlərində piketlər təşkil edərək polislə süni toqquşma yaradacağı haqqında məlumatlar daxil olub: “Mən də dedim ki, bu, ümumiyyətlə, Müsavat Partiyasının fəaliyyətinə xas deyil. Partiya olaraq qanunlara daim sayğı ilə yanaşmışıq. Bütün fəaliyyətimizdə də buna əməl etmişik, bundan sonra da əməl edəcəyik”.
A.Hacılı deyib ki, polis məmuru belə halların aksiya keçirilməsi nəzərdə tutulan məkanda da ola biləcəyini dilə gətirib: “Biz də buna cavab olaraq bildirdik ki, aksiya təşkilatçıları da asayişin qorunmasında, hər hansı insidentin baş verməməsində maraqlıdır. Burada belə insidentlər olarsa, qarşısını birgə almaqda maraqlıyıq”.
A.Hacılı vurğulayıb ki, N.Məmmədxanov aksiyaya icazə verilməyəcəyi ilə bağlı heç bir ifadə işlətməyib.
Müsavat Divanının üzvü İkram İsrafil hesab edir ki, A.Hacılının BŞBPİ-ə çağırılması mitinqdə fəallığın qarşısını almağa da hesablana bilər: ““Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun var. Bu qanunda müraciət və müraciətə baxılma müddəti var. Ölkədə qanunlar işləmədiyinə görə müraciətə baxıb cavab verməyə tələsmirlər. Amma bütün hallarda tədbir keçirmək istəyən qurumun müraciətinə zamanında baxılıb cavab verilməlidir. Milli Şuranın mitinqlə bağlı hazırlıqları barədə heç nə deyə bilməyəcəm. Müsavat Divanında Milli Şuranın mitinqində iştirakla bağlı heç bir məhdudiyyət qoyulmayıb. Əgər tədbir olacaqsa, bizlər də iştirak edəcəyik. Bizim zamanımız var, bu müddət ərzində aksiya ilə bağlı rayon təşkilatları ilə görüşlər keçiriləcək. Hazırlıqlar imkanımız çatan səviyyədə başa çatacaq. İcazə verilib-verilməyəcəyi barədə indidən fikir bildirmək tezdir. Ölkədə baş verənlər, iqtisadi böhran, işsizlik və digər problemləri xalqa çatdırmaq üçün hesab edirəm ki, belə tədbirlərin keçirilməsi vacibdir. Milli Şuradan kiminsə mitinqlə bağlı rəsmi quruma dəvət olunması ilə bağlı məlumatım yoxdur. Amma Müsavat başqanının dəvət olunması, açığı, mənə maraqlı gəldi. Çünki mitinqimiz hələ ayın 18-dir. Müsavatçıların qarşıdurma yarada biləcəyi ilə bağlı Müsavat başqanına deyilən fikirlərə gəlincə, bununla razı deyiləm. Çünki bu illər ərzində Müsavat Partiyası və onun üzvləri heç bir qanunsuz hərəkətlərə yol verməyiblər.
Baxmayaraq ki, bir sıra tədbirlərimizdə hakimiyyət strukturları bu və ya digər dərəcədə insanları təxribata çəkmək istəyiblər. Bu məsələlərdə kifayət qədər korrektəli davranmışıq. İnanıram ki, bundan sonra da belə olacaq. Bunu önləyici tədbir kimi qəbul edirəm. Müsavat başqanını dəvət etməklə bu və ya digər dərəcədə xof yaratmaq istəyi də ola bilər. Bahalaşma, dolların vəziyyəti insanlarda böyük narazılıq yaradıb. Hakimiyyət də heç bir tədbir görmür. Milyonlarla insan bu gün yaşam mübarizəsi aparır. Bu etirazların çox olması hakimiyyəti də düşündürür. Hesab edirəm ki, Müsavat başqanının çağırılması da bundan xəbər verir".
Qeyd edək ki, Milli Şura və Müsavatın mitinqinin baş tutub-tutmayacağı müəmmalıdır. Çünki BŞİH Milli Şuranın mitinqinə qanunla üç gün qalana qədər cavab verməli olduğu halda, hələ də müraciəti cavablandırmayıb. Bu da icazə verilməyəcəyi ehtimallarını artırır. Əgər Milli Şuraya icazə verilməyəcəksə, bu qərarın Müsavata da şamil olunacağı ehtimalları yüksəkdir. Bununla bağlı “Azadlıq”ın sorğusuna cavab verən BŞİH-in mətbuat xidmətinin rəhbəri Zaur Ramazanov müraciətlə bağlı hələlik qərar qəbul etmədiklərini bildirib: “Mitinqlə bağlı qərar qəbul edilməyib. Qərar çıxan kimi mitinq təşkilatçılarına rəsmi cavab göndəriləcək”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vahid Məhərrəmli “Azadlıq”a açıqlamasında bildirib ki, təşkilatçılara da heç bir xəbər verilməyib: “Biz ayın 31-də BŞİH-ə müraciət etmişik. Qanunla 1-ci gün bizə cavab verilməliydi. Amma bu günə qədər müraciətdə imzası olan 3 nəfərdən heç birinə cavab təqdim edilməyib”.(musavat.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar