Xəbər lenti
Xəzər donanması döyüşə hazır vəziyyətə gətirildi

Rusiya Xəzər donanması gəmiləri və hərbi birləşmələri döyüş hazırlığını yoxlamaq üçün hərbi təlimlərə başlayıb.
Manevr.az xəbər verir ki, bu sözləri Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri polkovnik Vadim Astafyev deyib.
“Təlimlərə 1500 hərbçi, 20 hərbi gəmi, təchizat gəmiləri, həmçinin 200 ədəd döyüş və xüsusi texnikalar cəlb edilib. Xüsusilə, Həştərxan vilayətində yerləşən Xəzər donanmasının sahilyanı hərbi birləşmələri həyəcan verilərək qaldırılmış və döyüş-təlim vəzifələrini yerinə yetirməyə başlamışdır”, - polkovnik bildirib.
Gəmi heyətləri yüksək döyüş hazırlığı vəziyyətinə keçid üçün həyəcan siqnalı aldıqdan sonra, gəmilərin dənizə daxil olması və silahlardan istifadə etməsi üçün fövqəladə hazırlıq prosesini həyata keçiriblər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar