Xəbər lenti
Türkmənistan prezidenti Bakıda Avropaya qaz nəqlini müzakirə edəcək

Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana ikigünlük rəsmi səfəri başlayır.
Manevr.az "APA-Economics"ə istinadla xəbər verir ki, Türkmənistan prezidentinin azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edəcəyi məsələlərdən biri sənaye-energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləmdirilməsidir.
“Tərəflər Türkmənistan qazının Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəqlinin mümkünlüyünü müzakirə edəcəklər. Bununla yanaşı, Xəzər dənizində sərnişin və yük dövriyyəsinin artırılması da müzakirə olunacaq məsələlər arasındadır”, - deyə Türkmənistan mətbuatı yazır.
Danışıqlar zamanı Xəzərin hüquqi statusuna dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.
Görüşün yekununda bir sıra ikitərəfli sənədin imzalanması nəzərdə tutulub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar