Xəbər lenti
Kreml Vaşinqtonun şərtlərini qəbul etsə də sanksiyaların ləğvi çətin olacaq - SƏFİR

Moskva Vaşinqtonun tələblərini qəbul edib, icra etməyə başlasa belə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etmək çox çətin olacaq.
Manevr.az rian.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-da səfiri olmuş və iyul ayında səlahiyyət müddətini başa vuraraq Moskvaya dönən Sergey Kislyak deyib.
Diplomatın sözlərinə görə, Moskva konstruktiv addım atsa belə, Amerika şəraitində bu sanksiyaları ləğv etmək çox çətin olacaq. “Hətta Moskva Ağ Evin tələblərini qəbul etsə belə, bu mümkün deyil və bu sadəlövhlük olardı. Çünki mexanizm elə hazırlanıb ki, ABŞ-ın bu qanunu Rusiya ilə iqtisadi əlaqələrin normal inkişaf etməsinə imkan vermir”-deyə, səfir vurğulayıb.
ABŞ-Rusiya münasibətlərinin mövcud durumuna toxunan səfir deyib ki, indi elə bir mürəkkəb münasibətlər yaranıb və bunu ancaq SSRİ zamanındakı “soyuq müharibə” ilə müqayisə etmək olar: “Düzdür, münasibətlər hələ o həddə çatmadığından bunu “soyuq müharibə” adlandırmaq olmaz”.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar