Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İndidən Bakıdan Vatikana mesaj göndərilməlidir” –Politoloqdan Papanın gəlişinə reaksiya

Tarix: 07-09-2016 08:32     Baxış: 4505 A- / A+
“İndidən Bakıdan Vatikana mesaj göndərilməlidir”
Manevr.az

Xəbər verdiyimiz kimi, Roma Papası sentyabrın 30-da Azərbaycana gələcək.

Vatikandan verilən açıqlamaya görə, Roma Papası Fransiskin Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək. Halbuki, Roma Papası iki ay əvvəl Ermənistana getmiş, orada “soyqırım” abidəsini ziyarət etmiş, “soyqırım olub” demiş, üstəgəl İrəvanda bizi qıcıqlandıran “Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” fikirini dilə gətirmişdi.

Beləliklə, o zaman erməniləri gözlədiklərindən də çox məmnun edən Roma Papası indi Bakıda “hamınız qardaşıq” açıqlamasıyla bizə nə demək istəyir?

Bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, əgər Roma Papası bununla Azərbaycanda bütün dinlərin və millətlərin sülh və həmrəylik şəraitində yaşadığına işarə edirsə, çox sağ olsun, yox, əgər işğalın davamına rəğmən, bizə ermənilərlə “qardaş” olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir:

"Həmin mesajda açıq bildirilməlidir ki, Roma Papasının çıxışının mətninə göz gəzdirsinlər".

Politoloq onu da deyib ki, Azərbaycana Roma Papası ilk dəfə deyil gəlir: "Keçmiş Papa bizə nə hansısa “şüarla” ağıl öyrədirdi, nə də bizə Qarabağı unutmağı tövsiyyə edirdi…".Strateq.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar