Xəbər lenti
Hökumət tam tərkibdə istefaya getdi
Avqusutun 3-də Yaponiya hökuməti Baş nazir Şinzo Abenin Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklərlə əlaqədar tam tərkibdə istefa verib. Nazirlər Kabineti dəftərxanasının yaydığı məlumata görə, hökumətin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizə ilə çıxış ediblər və bu ərizələr Baş nazir tərəfindən qəbul edilib.
Yaxın saatlarda hökumətin yeni tərkibinin elan ediləcəyi gözlənilir. Yaponiyada hökumətin tam tərkibdə istefaya getməsi Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrin həyata keçirilməsi üçün nəzərdə tutulan zəruri prosedurdur.
İstefa verən hökumət öz vəzifələrini günün ikinci yarısına qədər formal şəkildə davam etdirəcək. Məhz həmin vaxt yeni kabinetin tərkibinin elan ediləcəyi gözlənilir. Yerli KİV-in verdiyi məlumata görə, Baş nazir yeni kabinetdə müdafiə və xarici işlər nazirləri də daxil olmaqla nazirlərin yarısını dəyişməyi planlaşdırır.
Xatırladaq ki, Yaponiya hökumətinin tərkibində dəyişikliklər hakim Liberal Demokratik Partiyasının və onun lideri Baş nazir Şinzo Abenin reytinqinin aşağı düşməsi fonunda baş verir. Ş.Abe Nazirlər Kabinetinin tərkibində aparacağı dəyişikliklər yolu ilə düşməkdə davam edən reytinqi və seçicilərin inamını bərpa etməyə çalışır.gununsesi.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar