Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Səfir: Yaponiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracaq

Tarix: 28-07-2017 22:01     Baxış: 4452 A- / A+
Səfir: Yaponiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracaq


Yaponiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini daha da artıracaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu bu gün baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla görüşdə Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Teruyuki Katori bildirib.

Regionlara səfər etdiyini, Bakıda aparılan abadlıq işlərinin və şəhərin gözəl görünüşünün onda dərin təəssürat yaratdığını söyləyən T. Katori ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu, Azərbaycanın bütün dünyada nüfuzunun getdikcə artdığını bildirib. Səfir təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətlərinin də fəal iştirak etdiyini söyləyib. T. Katori Yaponiya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmaqda maraqlı olduğunu da nəzərə çatdırıb.

Azərbaycanın MDB məkanında müstəqil siyasət yürütdüyünü deyən Ə. Həsənov ölkəmizin öz inkişaf tempinə görə BMT-nin göstəricilərində dünyada sürətlə inkişaf edən ölkələr sırasına daxil edildiyini xatırladıb. Ölkəmizin yeganə həll olunmamış probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən baş nazirin müavini vurğulayıb ki, nüfuzlu beynəlxalq təşkilatların münaqişə ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar