Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın hələ də işə salmadığı MƏXFİ SİLAHI – Ermənistanın ən böyük QORXUSU

Tarix: 26-07-2017 23:21     Baxış: 4500 A- / A+
Azərbaycanın hələ də işə salmadığı MƏXFİ SİLAHI


Son günlər Ermənistan mediasında Azərbaycanın məxfi silahının olması haqda müzakirələr gedir.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ermənistanda narahatlıq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “RİA Novosti”yə müsahibəsində “Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək silahları var” açıqlamasından sonra başlanıb.

Ermənistan mediası Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək məxfi silahının olduğu haqda yazır və buna görə Rusiyanı, eləcə də Sarkisyan hakimiyyətini ittiham edir.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan hakimiyyəti Rusiyanın Azərbaycana silah satmasına qarşı heç nə edə bilmir:
“Əksinə, erməni ictimaiyyətini sakitləşdirmək üçün Rusiyanı müdafiə edir və qeyd edir ki, Rusiya Azərbaycana silah satmasa, Azərbaycan başqa ölkələrdən daha dəhşətli silahlar ala bilər. Hərçənd, Azərbaycan silahı təkcə Rusiyadan almır. Burada xüsusi məsələ, bu gün Azərbaycanın məxfi silahının olmasıdır. Azərbaycanın müdafiə naziri “İskəndər”lərin qarşısını ala biləcək silahlarının olduğunu açıqladı, Rusiya isə bu haqda susdu. Görünür, Bakı bu məxfi silahı başqa ölkədən alıb və lazım olanda üzə çıxaracaq”.

A.Badalyan hesab edir ki, Rusiyanın Türkiyəyə S-400 raket kompleksi satması da Ermənistan üçün təhlükəlidir.

“Heç kim zəmanət verə bilməz ki, Türkiyə bu raket komplekslərdən birini Azərbaycana verməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın Türkiyə vasitəsilə S-400 raket kompleksini əldə etməsi ehtimalları var.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar