Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

PKK terrorçuları Göyçəyə YERLƏŞDİRİLDİ: Ermənistandan Azərbaycana qarşı QORXUNC PLAN - VİDEO

Tarix: 25-07-2017 23:21     Baxış: 4448 A- / A+
PKK terrorçuları Göyçəyə YERLƏŞDİRİLDİ: Ermənistandan Azərbaycana qarşı QORXUNC PLAN


“Ermənistan hakimiyyəti PKK terrorçularını Azərbaycanın işğal olunmuş ərazilərindəki Göyçə gölünün yanında qurduğu Vardenes düşərgəsində yerləşdirib”.

Bu barədə beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

PKK terrorçuları Göyçəyə YERLƏŞDİRİLDİ: Ermənistandan Azərbaycana qarşı QORXUNC PLAN


Onun sözlərinə görə, bununla yanaşı, PKK-nın Dağlıq Qarabağda 12 təlim və sığınma düşərgəsi var: “Ermənistan bölgədəki terror təşkilatlarının sığındığı və təlim keçdikləri əsas ölkədir. İrəvan rejimi PKK/PEJAK terror təşkilatına dəstək verərək, onlardan Türkiyə, Azərbaycan və İrana qarşı istifadə edir. Əsas hədəf “böyük Ermənistan” xəyalıdır. Ötən il “aprel müharibəsi”ndə də Azərbaycana qarşı döyüşmək üçün Suriyadan 400 PKK/PYD/YPG terrorçusu Qarabağa gəlib. Onlardan 150-si suriyalı erməni, 250-si isə Suriya, Türkiyə, İran və İraq kürdləri idi”.

G.Gülbey deyib ki, PKK terrorçuları Türkiyənin Ağrı bölgəsində Tendürek dağ üzərindən keçərək, Göyçə gölünün yanındakı Vardenes düşərgəsinə gəlib: “Terrorçuların keçidinə rəhbərliyi ermənilərə məxsus “Ağrı qartalları” adlı birliyin Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Baqopşin adlı üç terrorçu edib”.

Qeyd edək ki, PKK terrorçularının Dağlıq Qarabağa getdiyini əks etdirən video-görüntülər də yayılıb.(Publika.az)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar