Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sanksiyalar ölkəyə ciddi təsir göstərməyib- QƏTƏR ƏMİRİ

Tarix: 22-07-2017 09:35     Baxış: 3365 A- / A+
Sanksiyalar ölkəyə ciddi təsir göstərməyib-


Qətərə qarşı tətbiq olunan sanksiyalar ölkəyə ciddi təsir göstərməyib.
Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani “Əl-Cəzirə” kanalında yayımlanan telemüraciətində bəyan edib.
“Blokadaya baxmayaraq, ölkədə həyat öz axarı ilə davam edir. Şübhəsiz ki, bu bizə qarşı planlaşdırılmış bir aksiya idi. Lakin biz kənar təsirə davam gətirə bildik. Hökumətin həyata keçirdiyi tədbirlər sayəsində vətəndaşlarımız gündəlik həyatlarında belə heç bir dəyişiklik hiss etmədilər. Biz Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlığı Şurasına üzv olan bəzi dövlətlərin siyasəti ilə razı olmasaq da, onların daxili işlərinə qarışmırıq və qarşılıqlı hörmətə söykənən dialoqa daim hazırıq”, deyə əmir vurğulayıb.
Qeyd edək ki, bu, şeyx Təmim bin Həməd Al Taninin regionda yaranmış böhrandan sonra ilk açıqlaması olub.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Daha sonra adıçəkilən ölkələr Qətərə 13 bənddən ibarət ultimatum veriblər. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar