Xəbər lenti
Prezident Beynəlxalq Cinayət Məhkəməsinə verildi

Kolumbiya və Çilidən olan senatorlar qrupu Haaqa Beynəlxalq Cinayət Məhkəməsində Venesuela prezidenti Nikolas Maduroya qarşı iddia ilə çıxış ediblər.
Manevr.az xarici mediaya istinadən xəbər verir ki, prezident işgəncələr və əhali barəsində seqreqasiyanın (əhalinin bir qrupunun cəmiyyətdən müəyyən əlamətlərə görə zorla ayrılması siyasəti. Dini və irqi diskriminasiyanın bir forması kimi qəbul edilir - red.) həyata keçirilməsində ittiham olunur.
Kolumbiya parlamentinin üzvü İvan Dukun sözlərinə görə, iddia Venesuela prezidenti tərəfindən törədilən mümkün cinayətləri təsvir edən 56 səhifədən ibarətdir.
Qeyd edək ki, aprelin əvvəlində - Ali Məhkəmənin parlamentin səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırdıqdan sonra Venesuelada kütləvi etirazlar başlanıb. Qərar sonradan ləğv edilsə də, müxalifət tərəfdarları məhkəmə üzvlərinin istefası və növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə küçələrə çıxıblar. Son məlumatlara görə, etirazların gedişatında artıq 90-dan çox insan həlak olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar