Xəbər lenti
Nazirlikdən Kəmaləddin Heydərovun istefa ərizəsi yazması xəbərinə REAKSİYA

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazdığı barədə yayılan məlumat tamamilə yalandır.
Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib.
Nazirlik rəsmisi deyib ki, bu məlumatların heç bir əsası yoxdur:
“Nazirlik olaraq mətbuatı dövlət qurumları haqqında məlumat yayarkən diqqətli olmağa dəvət edirik”.
10may.az saytının yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. Saytın iddiasına görə, FHN-in səlahiyyətlərinin ARDNŞ-ə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb. Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi bildirilib. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı bildirilib. Elə bu səbəbdən də onun “Gilan” holdinqdən imtina etdiyi də qeyd edili.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar