Xəbər lenti
Putin Sarkisyanı İlham Əliyevin ayağına gətirir - FOTO
Rusiya mətbuatına prezident İlham Əliyev və Serj Sarkisyanın görüşünün təşkil olunacağı barədə yayılan məlumatlar Ermənistan mediasında geniş müzakirələrə səbəb olub. "İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsinə istinadən yaydığı məlumatda görüşün 2017-ci ilin sonlarında təşkil olunacağı qeyd edilib. Mənbə qeyd edir ki, Rusiya görüşün təşkil edilməsində əsas vasitəçi olub. Çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib.
BiG.AZ xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan “Ermənistan” televiziya şirkətinin “R-Təkamül” proqramına müsahibəsində görüş barədə ehtimalları təsdiqləyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqqında ilkin razılıq bir neçə həftə əvvəl - ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfər zamanı əldə olunmuşdu.
Ermənistan mətbuatı Sarkisyanın İlham Əliyevlə görüşə könülsüz getdiyini qeyd edib. «1in.am» saytında dərc edilən məqalədə bildirilir ki, Azərbaycan Vyanada əldə olunmuş razılaşmaları icra etmədiyi üçün Sarkisyan görüşə getmək istəmir.
«Biz Sarkisyanın müsahibəsini və "İzvestiya” qəzetinin xəbərini müqayisə edirik. Belə bir təəssürat yaranır ki, Sarkisyan İlham Əliyevlə görüş barədə Moskvanın təşəbbüsünü rədd edə bilmir».
Prezidentlərin Sankt-Peterburq görüşü
Məqalədə açıq şəkildə Sarkisyanın Rusiyanın sözündən çıxa bilmədiyi qeyd olunub. "Açıq təcrübə göstərir ki, liderlik və ya nizamalama prosesində Rusiyanın faktiki inhisarçılığı Ermənistan üçün qaçılmaz nəticələr gətirir. Biz dəfələrlə təsdiq etdik ki, Qarabağ münaqişəsinin Ermənistan - Rusiya - Azərbaycan formatı Ermənistanı birtərəfli güzəştlər və ya müharibə perspektivi ilə hədələyir. Bunu "Lavrov planı" və ötən il baş vermiş dördgünlük müharibədə yaxşı sübut etdi", - məqalədə belə qeyd olunub.
Mətbuat yazır ki, Ermənistan prezidenti müsahibəsində aprel döyüşlərindən sonra rəsmi İrəvanın prinsipial mövqelərində heç bir dəyişiklik olmadığını desə də, bu belə deyil. "Ən azı bu şübhəli məqamdır. Çünki faktiki olaraq müharibə nəticəsində yeni vəziyyət, yeni status-kvo yarandı. Müəyyən müddət Ermənistan danışıqlardan imtina etdi. Bu imtina Azərbaycanın Vyana razılaşmalarını yerinə yetirdiyi vaxta qədər davam edəcəkdi. Amma belə olmadı. Sarkisyan erməni tərəfinin məzmunlu yanaşmalarını nəzərə çatdırır və faktiki olaraq, İlham Əliyevlə görüşə hazırdır", - məqalədə belə qeyd olunub.
Ermənilər açıq etiraf edirlər ki, aprel ayında baş vermiş silahlı toqquşmadan sonra vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq. Onlar irimiqyaslı müharibənin başlayacağını da deyirlər. Mətbuat yazır ki, ermənilər Sarkisyandan müsahibəsi zamanı müharibənin başlama təhlükəsi və Ermənistanın verəcəyi qərarlarla bağlı fikirlər eşitmək istəyiblər. Amma prezident bütün bu məsələlərlə bağlı sualları cavabsız qoyub.
Dağlıq Qarabağ və ətrafındakı işğal olunan rayonlar
Sarkisyan müsabəsi zamanı əsas diqqəti Azərbaycanın Rusiyadan silah alması məsələsinə istiqamətləndirib. S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir.
"Məgər sirrdir ki, Azərbaycan bizdən varlıdır və silahlanmaya daha çox vəsait xərcləyir? Sirr deyil. Kimsə iki və ya beş il ərzində Ermənistanı Azərbaycandan daha zəngin edəcəyini desə, onda həmin insanı siyasətdən qovmaq lazımdır, çünki bu, şarlatanlıq, yalançılıqdır".
Sanki, Sarkisyan bu cümlələrlə özünü sığortalamağa çalışır. O, öz vətəndaşlarına açıq şəkildə deyir ki, Azərbaycan güclüdür və Rusiyadan silah alır. Sarkisyan bu sözləri ilə vətəndaşına çatdırmaq istəyir ki, müharibəni uduzsa, onu yox, Rusiya rəhbərliyini ittiham etsinlər.
Ermənistan prezidenti bilir ki, Azərbaycan təkcə Rusiyadan deyil, digər xarici ölkələrdən də silah almaqda davam edir. Azərbaycanın güclənməsi ilə Sarkisyanda Qarabağ münaqişəsinin gələcəyi barədə suallar yaradır. Belə olmasa idi, o, hər müsahibəsində Azərbaycanın gücünü etiraf etməzdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar