Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gözlər prezidentdə: Tarif Şurasının qərarını ləğv edəcəkmi? – AÇIQLAMA

Tarix: 15-07-2017 15:53     Baxış: 3707 A- / A+
Gözlər prezidentdə: Tarif Şurasının qərarını ləğv edəcəkmi?


Tarif Şurasının dünən keçirilmiş iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Qərar bu gündən qüvvəyə minib. Bu, əhali arasında böyük narazılıq yaradıb.

Benzinin qiymətinin bahalaşması digər məhsulların da qiymətinə təsir edəcəyi narahatlıq doğurub. Hətta bahalaşmanın əhalinin sosial durumuna ciddi təsir edəcəyini nəzərə alaraq, prezident İlham Əliyevin məsələyə müdaxilə edəcəyi də deyilir.
A24.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, indiki vəziyyətdə prezidentin Tarif Şurasının qərarını ləğv edəcəyi gözlənilmir:
“Tarif Şurası bu qərarları birbaşa özünün mülahizələrinə görə qəbul etmir. Müvafiq icra qurumları ilə razılaşaraq bunu edir. Amma bu digər xidmətlərin də qalxmasına səbəb olacaq. Bu, əhaliyə, xüsusilə aztəminatlı ailələrə mənfi təsir edəcək. Bunun çətin tərəfi isə odur ki, bank kreditləri probleminin həll olunmadığı, insanların işsizliklə bağlı problemlərinin mövcud olduğu bir zamanda qəbul edilib. Bunu nəzərə alsaq, prezident İlham Əliyevin qərarın ləğvi ilə bağlı hər hansı bir addım atması mümkündür. Amma mən inanmıram ki, bu baş versin. Çünki bu, daxili bazarı qorumaq üçün irəli sürülüb. Onu da qeyd edim ki, hətta bu bahalaşmadan sonra da Azərbaycanda benzinin qiyməti qonşu Rusiya və Gürcüstanla müqayisədə ucuzdur. Düzdür, biz istehsalçı dövlətik. Bu amilə görə neft və qaz məhsullarının baha olduğunu söyləmək olar.
Ümumiyyətlə, bu qərarın nəticəsi kimi müəyyən çətinliklər olacaq və hələ uzun müddət müzakirə olunacaq”.
Xatırladaq ki, 2015-ci ildə prezident İlham Əliyev Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv etmişdi. Nəticədə benzinin qiyməti ucuzlaşmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar