Xəbər lenti
Fransızlar Trampa etiraz etdilər

Yüzlərlə fransız küçəyə axışdı
Fransanın paytaxtı Parisdə milli bayram - Bastiliyanın alınması günündə etiraz aksiyası keçirilib.
Manevr.az "RİA Novosti"yə istinadən xəbər verir ki, etirazlar bu ölkədə səfərdə olan ABŞ prezidenti Donald Trampa qarşı olub. Yüzlərlə etirazçı D.Tramp əleyhinə müxtəlif şüarlar səsləndiriblər.
Bundan başqa, etirazlar zamanı Fransa prezidenti Emmanuel Makronun həyata keçirməyi planlaşdırdığı sosial islahatlara qarşı da şüarlar səsləndirilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Fransaya ikigünlük səfəri bu gün başa çatıb. Amerika lideri fransalı həmkarı Emmanuel Makronla görüşüb, ABŞ-ın Fransadakı səfirliyinə baş çəkib, Eyfel qülləsində nahar edib və Yelisey meydanında ABŞ əsgərlərinin də iştirak etdiyi hərbi parada tamaşa edib.istipress
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar