Xəbər lenti
"Bəzi media qurumları yazılarımı dərc etməyə çəkinir" -Azər HƏSRƏT
"Bəzi dostlar mənim yazılarıma görə narahat olurlar. Çox sərt yazdığımı deyirlər. Hətta, qapılar arxasında mənim müxalifətçilik elədiyimi dilə gətirənlər də var. Qınamıram."
Manevr.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Azər Həsrət söyləyib: "Adamlar görür ki, əməlli-başlı, özü də ən sərt tənqidçi jurnalistikayla məşğulam. Bundan çəkinən bəzi media qurumları yazılarımı dərc etməyə də çəkinirlər. Ona görə bu açıqlamanı verməyi zəruri sandım: Xəbəriniz olsun ki, siyasi mövqeyim dəyişməyib. Prezident İlham Əliyevin kursunu dəstəkləyirəm, özü də heç bir qüsursuz. Yəni o bəzi adamlar kimi ikili oynadığım yox. Tənqidi yazılarımın sərtliyi də məhz bununla bağlıdır. Cənab Prezident şəxsən özü bir neçə il bundan öncə bizi qəbul edəndə açıq mətnlə demişdi ki, siz tənqidi yazılar yazmağa davam edin ki, mənim hər şeydən xəbərim olsun. Prezident onu da əlavə etmişdi ki, bəzi məmurlar gərəkli məlumatları heç də həmişə mənə çatdırmırlar. Ona görə də siz yazın ki, onların gizlətdiklərindən də xəbərim olsun.Dostlar, anladığınız kimi mənim sərt yazılarımın əsas məqsədi cənab Prezidentdən gizlədilənləri ictimailəşdirmək, ona bu neqativləri aradan qaldırmaqda yardımçı olmaqdır. Ona görə də mənim yazılarımı ürəklə dərc edə, paylaşa bilərsiniz. Bununla siz də Prezidentin ölkədə apardığı islahatlara yardım etmiş olacaqsınız. Bu heç də müxalifətçilik deyil, əksinə, Prezidentə sədaqətdir. Prezidentə xəyanət edən, onun siyasətini sabotaj edən məmurları faş etməklə biz dövlətimizin sağlamlaşmasına töhfə vermiş oluruq."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar