“Qarabağ məsələsinin Vaşinqton razılaşması ilə birdəfəlik bağlandığı barədə tənqidlər eşidirəm. Xatırlatmalıyam ki, hələ 2025-ci ilin martında mən parlamentdə açıq şəkildə bəyan etmişdim ki, Ermənistanı Qarabağ hərəkatının davam etdirilməsini istisna edən yolla aparacağam. Demişdim ki, xalq bununla razı deyilsə, onu inqilaba çağırıram. Xalq - siz, əziz vətəndaşlar, ona görə inqilab etmədiniz ki, anladınız: Qarabağ məsələsi bağlanmadan sülhdən söhbət gedə bilməz”.
Manevr.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib.
Baş nazir bildirib ki, Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyi və dövlətçiliyini inkişaf etdirməsinin qarşısını almaq üçün alət kimi istifadə olunub.
O, Qarabağı könüllü tərk etmiş erməni əsilli şəxslər barədə də danışıb.
“Bu barədə bildirmişdim, təkrar edirəm: onların Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir. Ermənistan beynəlxalq ictimaiyyətlə birlikdə onların ölkəmizdə yaşaması və inteqrasiyası üçün şərait yaratmalıdır”.lent.az
Xəbər lenti
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar