Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı Zəngəzur dəhlizindən nə qədər qazanacaq? - Video

Tarix: 11-08-2025 10:53     Baxış: 386 A- / A+


Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistan üçün deyil, bir sıra ölkələr üçün də strateji əhəmiyyət daşıyır.
Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, 42 kilometrlik bu yol təkcə avtomobil və dəmir yolu hərəkətinə deyil, həm də enerji və telekommunikasiya xətlərinin keçidinə imkan verəcək.
Ermənistan ərazisindən çəkiləcək yeni yol regionun enerji və nəqliyyat xəritəsini dəyişəcək, ticarət axınlarını sürətləndirəcək, Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
İqtisadçı ekspert Elman Sadıqov deyir ki, Ukrayna-Rusiya müharibəsi fonunda formalaşan yeni geosiyasi vəziyyət nəqliyyat və yükdaşıma şirkətlərini təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib.
Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası ölkəmizin ərazisindən ildə təxminən 35 milyon ton yükün daşınmasına imkan verəcək.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, dəhliz vasitəsilə beynəlxalq yükdaşımalardan əldə etdiyimiz gəlir artacaq. Deputat bildirir ki, bu, həmçinin Naxçıvan iqtisadiyyatının inkişafı deməkdir.
Zəngəzur dəhlizində tranzit ölkə qismində çıxış edən Azərbaycan beynəlxalq iqtisadi proseslərin iştirakçısına çevrilərək, dünya iqtisadiyyatına daha sürətlə inteqrasiya olunacaq. İki qitə arasındakı ticarət dövriyyəsi 200 milyard dollar artacaq. Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan ildə 3-3,5 milyard dollar təkcə tranzit gəliri əldə edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar