Sizin Reklam Burada
Xəbər lenti
08-08-2025
07-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zəngəzur dəhlizi açılır: Naxçıvana belə gedəcəyik...

Tarix: 08-08-2025 21:36     Baxış: 331 A- / A+


Vaşinqton görüşündə müzakirə olunacaq (razılaşdırılması gözlənilən) “Tramp körpüsü” (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu - Trump Route for International Peace and Prosperity – TRIPP) Naxçıvana yolun “dəhliz” məntiqi ilə açılmasını ehtiva edir, birinci fərq, yolda təhlükəsizliyin hansısa üçüncü ölkəyə məxsus hərbi qüvvələrin yox, Amerikanın özəl şirkəti tərəfindən təmin ediləcəyidir.
Bakı bununla istədiyinə nail olacaq: Naxçıvana yüklərin daşınması və sərnişinlərin səfəri “Azərbaycandan Azərbaycana prinsipi” üzrə təmin ediləcək; Xankəndidə son çıxışı zamanı “bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil” deyən Əliyev Əbu-Dabidə Paşinyana bu tələbi çatdırdığını dilə gətirdi; və sirr deyil ki, Əliyev Vaşinqtona sənəd imzalamağa gedirsə, bu, tələblərin öncədən qəbul etdirildiyi deməkdir;
İkinci fərq, ritorika ilə bağlı ola bilər:
- Bakı Naxçıvana maneəsiz keçidi dəhliz adlandıracaq;
- İrəvan bunu “sülhün kəsişməsi” layihəsinin bir hissəsi kimi təqdim edəcək;
- ABŞ və beynəlxalq ictimaiyyət “Tramp dəhlizi/körpüsü” – TRİPP deyəcək;
“Tramp dəhlizi” regional müstəvidə bizim istəklərimizə adekvatdır. Hərçənd, Zəngəzur dəhlizində nəzarət imkanı qazanan Vaşinqton şərq ekspedisiyasında birdən çox hədəfinə çata bilər.
a) Orta dəhlizdə möhkəmlənməklə Çinin Avrasiyada genişlənmə planı qarşısında güclənir;
b) Rusiyanı Cənubi Qafqazda ciddi şəkildə sıxışdıracaq;
c) İran sərhədlərində mövqelənməklə Tehranın regional genişlənmə cəhdlərini məhdudlaşdırır;
ç) Türk coğrafiyasında Bakı və Ankara vektorlu birlik üzərində nəzarət imkanı əldə edir;
ABŞ prosesin əsas qazanan tərəfidir, lakin Bakı və Ankara...
1. Azərbaycana Naxçıvana maneəsiz keçid – dəhliz əldə edəcək;
2. Türkiyə dəhlizdə nəzarətçi olmasa da, burada Azərbaycana və Mərkəzi Asiyaya çıxış üçün istifadə edə biləcək;
3. Cənubi Qafqazda Bakı-Ankara-İrəvan üçbucağı ABŞ tərəfindən tanınacaq;
4. Ermənistanın gələcəyi coğrafi olaraq, Bakı və Ankaranın siyasi iradəsindən böyük ölçüdə asılı olacaq;
5. Ankara və Bakı Orta dəhliz coğrafiyasındakı geosiyasi mübarizənin mərkəzində həlledici rolunu gücləndirə biləcək.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar