Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Ərdoğanla hərbi sahədə əməkdaşlığı müzakirə edib - Yenilənib

Tarix: 10-07-2017 08:22     Baxış: 4490 A- / A+
İlham Əliyev Ərdoğanla hərbi sahədə əməkdaşlığı müzakirə edib


Bu gün prezident İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək birgə şam ediblər. Manevr.az "Azərtac"a istinadən xəbər verir ki, İlham Əliyevi Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresinin Türkiyədə keçirilməsi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Söhbət zamanı ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla icra olunduğu qeyd edilib, xüsusilə TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb.
Azərbaycan və Türkiyə prezidentləri ölkələrimizin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev son vaxtlar təmas xəttində Ermənistanın təxribatları və hərbi cinayətləri barədə Türkiyə Prezidentinə ətraflı məlumat verib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin həmişə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyini vurğulayıb.
Dövlət başçıları qeyd ediblər ki, Türkiyə və Azərbaycan bütün məsələlərlə bağlı bir-birinin yanındadırlar.


21:45

Pezident İlham Əliyev bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi qarşılayıb.
Qeyd edək ki, dövlət başçıları birgə foto çəkdiriblər və şam ediblər.

İlham Əliyev Ərdoğanla hərbi sahədə əməkdaşlığı müzakirə edib
İlham Əliyev Ərdoğanla hərbi sahədə əməkdaşlığı müzakirə edib


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar