Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

III Şuşa Qlobal Media Forumu başa çatdı

Tarix: 21-07-2025 20:27     Baxış: 396 A- / A+


Şuşada iyulun 19-dan öz işinə başlayan və üç gün davam edən “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu başa çatıb.
Manevr.az xəbər verir ki, Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı”, “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi”, “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” mövzularında üç panel sessiya keçirilib.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.
Həmçinin, iştirakçılar Ağdama səfər ediblər və Ağdam İmarət Kompleksi, Ağdam Sənaye Parkı, Ağdam Dəmir yolu və Avtovağzal Kompleksi ilə tanış olublar.
Qeyd edək ki, forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
Forumun yekununda iştirakçılar üçün açıq havada konsert proqramı və şam yeməyi təşkil olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar