Sizin Reklam Burada
Xəbər lenti
20-07-2025
19-07-2025
BÜTÜN XƏBƏRLƏR

Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb - Hikmət Hacıyev

Tarix: 20-07-2025 11:42     Baxış: 331 A- / A+
Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.
 
Manevr.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumu zamanı bildirib.
 
"Üç il ardıcıl gözəl Şuşa şəhərində Qlobal media forumu keçirilir. Niyə məhz bu şəhər? Şuşa, müəyyən mənada, Azərbaycan xalqının tarixidir, yaradıcılıq üçün ilham yeri olub. Və bir çox Azərbaycan mütəfəkkirləri, filosofları, yazıçıları, o cümlədən jurnalistləri bu şəhərdə doğulub və bu şəhərdə yaradıblar. Buna görə də, bu ənənəni davam etdirərək, biz ilhamverici nəğməni Şuşa şəhərinə qaytarmaq istərdik", - deyə o bildirib.
 
Hacıyev qeyd edib ki, Şuşada forum təşkil etməklə Azərbaycan ilhamverici və yaradıcı mühit və atmosfer yaratmağa çalışır ki, burada üzləşdiyimiz problemlər haqqında yeni fikirlər təklif etmək və tövsiyə vermək mümkün olsun.
 
Prezidentin köməkçisi xatırlatdı ki, forumda ənənəvi olaraq müxtəlif ölkələrdən qonaqlar, o cümlədən media və elmi dairələrin nümayəndələri iştirak edirlər. Hacıyevin sözlərinə görə, digər vacib amil - Şuşanın müharibə və işğalı yaşaması, postmünaqişə vəziyyətini də geniş işıqlandırmağa kömək edir.
 
"Təəssüf ki, Şuşa şəhəri, bütün Qarabağ və Şərqi Zəngəzur haqqında çoxlu feyklər yayılırdı. Məsələn, Xocalı soyqırımı beynəlxalq mediada lazımi şəkildə işıqlandırılmamışdı. Bütün həqiqəti yalnız Azərbaycan mediası çatdırırdı", - deyə o bildirdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar