Xəbər lenti
Ərdoğandan tarixi çıxış: "Mübarizəmizi davam etdirəcəyik"

Manevr.az xəbər verir ki, Prezident Ərdoğan çıxışında 1984-cü ildən bu yana Türkiyənin terror səbəbilə verdiyi böyük itkiləri xatırladaraq bildirib ki, təkcə 10 minə yaxın təhlükəsizlik əməkdaşı şəhid olub. O, bəzi açılmamış cinayətlər və dövlətin keçmişdəki yanlış davranışlarının da terrorun tam aradan qaldırılmasına əngəl olduğunu etiraf edib.Ərdoğan: "Ağ Toroslar, açılmamış cinayətlər və bəzi qeyri-qanuni fəaliyyətlər bu mənzərədə rol oynadı. Terrorun kökü hələ tam kəsilməyib," - deyə vurğulayıb.
Prezident çıxışında həmçinin Srebrenitsa soyqırımının 30-cu ildönümünü xatırladaraq, Bosniyalı qardaşlarının yanında olduqlarını bildirib və "Oxşar əzabların bir daha yaşanmaması üçün mübarizəmizi davam etdirəcəyik," deyə qeyd edib.
Duyğusal anlar da yaşanan çıxışda Ərdoğan baş məsləhətçisi Yiğit Bulutun vəfatını da açıqlayaraq, mərhumun xatirəsinə Fatihə oxunmasını istəyib.
Sonda Prezident ölkənin gələcəyi ilə bağlı ümidlərini bölüşüb:
"Ümid edirəm ki, terrordan azad Türkiyə yolunda atılan bu addım faydalı olacaq. Allah bizə millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülh üçün hədəflərimizə çatmağı nəsib etsin."
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar