Xəbər lenti
Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilib
Hamburqda keçirilən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
Görüşdə V. Putin Suriyamünaqişəsinin həllində Türkiyənin rolunu vurğulayaraq bu istiqamətdə ciddi irəliləyişlərin olduğunu bildirib.
O həmçinin, qeyd edib ki, son illər iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə inkişafı və qarşılıqlı maraq kəsb edən problemlərin həllində çox iş görülüb: “Biz Suriya ilə bağlı danışıqlar prosesində sizin və digər tərəfdaşlarımızın mövqeyini yüksək qiymətləndiririk”.
Öz növbəsində, Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya əlaqələrinin inkişafı artıq bölgədə müsbət nəticələrini verib: “Həm iqtisadi, həm də turizm və müdafiə sənayesi sahəsində irəliləyişlər ikitərəfli əlaqələri daha da gücləndirəcək. Hər şeydən əvvəl isə Suriya və İraq məsələ ilə bağlı əlaqələrimizdən gözləntilər yüksəkdir”.
Daha sonra görüş mediaya qapalı olaraq davam etdirilib.
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri, digər nazir və hökumət təmsilçiləri iştirak edib.xeber365.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar