Sizin Reklam Burada
Xəbər lenti
13-11-2025
12-11-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenskidən Rusiya ilə bağlı mühüm sərəncam

Tarix: 09-07-2025 09:37     Baxış: 4100 A- / A+

Ukrayna öz milli məhdudlaşdırıcı tədbirlərini Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi 15-ci, 16-cı və 17-ci sanksiya paketləri ilə uyğunlaşdırıb.
Manevr.az axar.az-a istinadən bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski sərəncam imzalayıb.
Prezidentin sanksiya siyasəti üzrə müşaviri və səlahiyyətli nümayəndəsi Vladislav Vlasükün jurnalistlərə verdiyi açıqlamaya görə, 15-ci sanksiya paketi Rusiya, Belarus, Çin və digər ölkələrdən olan şəxsləri əhatə edir. Bu siyahıya "Oxmatdet" xəstəxanasına zərbə endirməkdə iştirak etmiş rusiyalı pilot Aleksandr Azarenkov və döyüş robotları istehsal edən "Gumiç" MMC daxildir.
Eyni zamanda, 16-cı sanksiya paketi Rusiyadan, Çindən, Türkiyədən və digər ölkələrdən olan şəxsləri əhatə edir. Siyahıya işğal olunmuş ərazilərdə hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olan "VOİN" mərkəzi və Rusiya neftini "kölgə donanması" vasitəsilə daşıyan "Cənub Donanması" MMC daxildir.
Avropa Birliyinin 17-ci sanksiya paketi isə təcavüzkar ölkəyə qarşı yönəlib və Rusiya, Çin, Türkiyə və digər ölkələrdən olan şirkətləri əhatə edir. Bu sanksiyalara qızıl hasilatı ilə məşğul olan "Petropavlovsk" şirkəti və Rusiyaya dron istehsalında iştirak edən Çin şirkəti "Skywalker Technology Co. Ltd" daxil edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar