Xəbər lenti
Bakı ilə münasibətlərin soyuması: Kreml günahkarı niyə kənarda axtarır?

"Kremlin Azərbaycanla münasibətlərin soyumasına görə günahkarı kənarda axtarması tamamilə yersizdir. Səbəbi kənarda axtarırsa, deməli, Rusiya düzgün mövqedə deyil".
Bunu açıqlamasında politoloq Elşad Həsənov Rusiya Federasiya Şurasının komitə sədri Qriqori Karasinin Moskva ilə Bakı arasındakı yaranan fikir ayrılıqlarının senari müəllifi və dirijorunun postsovet məkanından kənarda olduğu barədə bəyanatını şərh edərkən deyib.
"Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyumasında heç bir kənar qüvvə iştirak etməyib. Bunun günahını Rusiya öz daxilində axtarmalıdır. Bunu edən Ukrayna, Amerika, Böyük Britaniya, Avropa İttifaqı deyil. Buna səbəb Rusiyanın özüdür", deyə politoloq bildirib.

"Ancaq təəssüf ki, bu günə qədər Rusiya cinayəti törədənləri cəzalandırmır, prosesi uzadır, kompensasiya ödəmir. Halbuki 44 günlük müharibə dövründə Rusiya helikopteri Naxçıvan ərazisinə daxil olan zaman vurulmasına görə Bakı anındaca qarşı tərəfdən üzr istədi və kompensasiya ödədi. Lakin keçən ilin dekabrında 38 nəfərin ölümünə bais olanların, göstəriş verən və icra edənlərin məlum olmasına baxmayaraq, Rusiya bu günə kimi kimisə cəzalandırmayıb. Bu nöqteyi-nəzərdən məsələnin günahkarını kənarda axtarmaq düzgün yanaşma deyil. İyunun 27-də Yekaterinburqda baş verən hadisə isə Azərbaycanın səbr kasasını daşırdı. Azərbaycan beynəlxalq hüquqa söykənərək Rusiyadan tələb etdi ki, həmin hadisəni törədənlər cəzalandırsın. Azərbaycan müstəqil dövlət olaraq heç bir ölkə qarşısında əyiləsi deyil. Ümid edirəm, yaxın zamanlarda Bakı ilə Moskva arasında münasibətlər tədricən qaydaya düşəcək. Çünki Rusiyanın başqa yolu yoxdur".
Qeyd edək ki, Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədri Qriqoru Karasin ölkəsi ilə Azərbaycan arasında yaranan ziddiyyətin senari müəllifi və dirijorunun postsovet məkanında kənarda olduğunu iddia edib. Onun fikrincə, bu konfliktli ziddiyyətdən ancaq senari müəllifi və dirijoru qalib gələcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar