Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Rus şovinistlərinin Azərbaycana ərazi iddiası

Tarix: 06-07-2025 10:32     Baxış: 3149 A- / A+
Torpaqlarını işğaldan azad edərək dünyada söz sahibinə çevrilməyi bacaran gənc Azərbaycan Respublikası iqtisadi və siyasi arenada sürətlə inkişafı Rusiyanı çox narahat edib. İllərlə erməniləri qabağa verib əhalimizə divan tutan, torpaqlarımızı 30 il ərzində işğalda saxlayan və ondan bəhrələnən rus şovinistləri indi Azərbaycandan torpaq iddiası ilə çıxış edir:

-“Dağıstanın öz ata-baba torpaqlarını qaytarmaq şansımız var, bu, Azərbaycanın Balakən və Zaqatala rayonlarıdır”-deyərək, Roman Sntonovskinin “Sını Monarxii” teleqram kanalında yazır.
Azərbaycandan ərazi iddiasında olanlar nədən Rusiyanın tarixi arxivlərinə baş vurub, sənədləri araşdırmaq əziyyəti çəkmək istəmirlər. Azərbaycanı dəfələrlə işğal edən Çar Rusiyası, sonradan adını SSRİ qoyduqları dövlət 200 illik bir tarixi zamanda işğal altında saxlayıb, təbii sərvətlərimizi talayıb, yüz minlərlə əhalini məhv edib. Azərbaycanın ziyalılarını repressiya qurbanlarına çevirib. Azərbaycana müxtəlif xalqları köçürməklə xalqı assimlyasiyaya uğratmağa çalışıb. Azərbaycan torpaqlarına erməniləri köçürərək onlara Respublika statusu verməklə, ermənilərin əli ilə ərazimizi parçalayıb, əhalini öz ata-baba torpaqlarından deportasiya edib. 
Rusiya şovinistləri, Zaqatalanı və Balakəni Rus torpağı sayan və ərazi iddiasında olanlar buyurub bu xəritəyə diqqətlə baxsınlar. Bu xəritə hələ 1723-1725-ci illərdə “Parçala, hökm elə” deyən I Pyoturun Azərbaycanı işğal etməsinin sübutudur. Bu gün hələ də 1722-ci ildən bizim Dərbəndimiz Rusiyanın işğalı altındadır. 

Bu xəritədən görünür ki, bütünlükdə Azərbaycan, o cümlədən, Zaqatala və Balakən ilk dəfə Çar Rusiyası tərəfindən 1723-1725-ci illərdə işğal olunub. Rusiya növbəti dəfə 15 yanvar 1804-cü ildə rus general-mayoru V.Qulyakovun başçılığı ilə Çar-Balakən ərazisinə soxulub və döyüşün ilk günündə də məhv edilib. Ruslar böyük itki verib geri çəkilib. 
Sonrakı illərdə ərazi yenidən Rusiya tərəfindən işğal olunub və 1830-cu ildə  Car-Balakən vilayəti yaradılıb və general-mayor, knyaz Bekoviç-Çerkasski vilayətə rəis təyin edilib.

Çar Rusiyasının inzibati bölgüsünə əsasən 1894-cü ildə Zaqatala vilayəti yaradılıb və  tərkibində Balakən, Car-Muxax, Əliabad və Qax daxil olan ərazilər vardı. Dağıstan isə tamamilə ayrı vilayət olub və Zaqatala-Balakən heç vaxt onun tərkibində olmayıb. 
1920-ci ildə Rusiya Azərabycanı yenidən işğal etdikdən sonra da Zaqatala-Balakən ərazisi Azərbaycanın tərkib hissəsi kimi qalıb və bu günə qədər mövcuddur.
Rusiya gözünü qonşuların torpaqlarından çəksin və keçmişdə rusların vətəninin hara olduğunu dəqiq dərk etsin! Rusiyanın tərkibində olan qeyri-rusların tarixi vətəni olan respublikaları, muxtar vilayətləri, ölkələri, milli-mahalları çıxsınlar, onda görəcəklər  ki, rusların ərazisi nə boydadır.
 
Mirvari Verdiyeva
ADPU-nun dosenti, fəlsəfə doktoru.

Manevr.az
    

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar