Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər ilk oxunuşda qəbul edilib

Tarix: 04-07-2025 12:10     Baxış: 361 A- / A+

İnformasiya agentliklərinə dair yeni tələblər ilk oxunuşda qəbul edilib
Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri birinci oxunuşda qəbul edib. 
Manevr.az xəbər verir ki, sənəd Milli Məclisin plenar iclasında müzakirə olunan "Media haqqında” qanuna dəyişiklik  edilməsi barədə qanununun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub.
Layihəyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi bu Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir. 

Qeyd edək ki, qanunun 60.5-ci maddəsinə əsasən, onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Bundan başqa, çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar