Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı deputat vəzifəsini itirdi

Tarix: 04-06-2025 15:50     Baxış: 3103 A- / A+
Azərbaycanlı deputat vəzifəsini itirdi
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanlı deputat Xalid Tağızadə vəzifəsini itirib.
Manevr.az xəbər verir ki, Dumada Kommunist Partiyasını təmsil edən deputat sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən məhrum edilib.

O, miqrantların (xüsusən də özbəklər) Xantı-Mansiysk Muxtar Dairəsinə "tarixi vətənlərinə” gəldiyini bildirib. Deputat bu fikrini rus ordusuna məğlub olan Sibir xanlığının hökmdarı Kuçumun özbək olması ilə əsaslandırıb.

Dumanın sədri Boris Xoxryakovun sözlərinə görə, Xalid Tağızadə bununla deputat etikası qaydalarını pozub və dövlət hakimiyyətinin nüfuzuna zərbə vurub. Nəticədə sosial inkişaf komitəsi deputat Xalid Tağızadənin komitə sədrinin müavini səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

Parlamentarilər həm də həmkarından açıq şəkildə üzr istəməsini tələb edib, ona açıq şəkildə irad tutmaq və bu barədə KİV vasitəsilə seçicilərə məlumat vermək qərarına gəliblər.

Xoxryakov qeyd edib ki, hazırda deputatların Xalid Tağızadəni vaxtından əvvəl deputat səlahiyyətlərindən məhrum etmək hüququ yoxdur, çünki etika normalarının pozulması qanuna görə belə bir qərar üçün əsas deyil.

Xalid Tağzadə regional parlamentdəki çıxışından bir neçə gün sonra sosial şəbəkələrdə üzrxahlıq edib.modern.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar