Sizin Reklam Burada
Xəbər lenti
19-09-2025
18-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan Alxanlı olayına görə İlham Əliyevə zəng etdi

Tarix: 06-07-2017 18:36     Baxış: 3442 A- / A+
Ərdoğan Alxanlı olayına görə İlham Əliyevə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə prezidenti cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib.

Prezident İlham Əliyev telefon zənginə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı növbəti dəfə törədilmiş hərbi cinayətdir: “Dinc əhaliyə qarşı törədilən bu qanlı cinayət erməni vəhşiliyinin növbəti təzahürüdür. Bu hərbi cinayətə görə bütün məsuliyyət Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür”.

Telefon söhbəti zamanı yaxın günlərdə Türkiyədə keçiriləcək Dünya Neft Konqresi ilə bağlı məsələyə də toxunulub, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib.

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi qardaşlıq mövqeyinə və başsağlığına görə bir daha Azərbaycan xalqı adından minnətdarlığını bildirib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar