Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

TUMİB-dən Ermənistanla bağlı bəyanat

Tarix: 06-07-2017 08:21     Baxış: 4417 A- / A+
TUMİB-dən Ermənistanla bağlı bəyanat


2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc əhali arasında itkilərlə nəticələnib. Atəş nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra şəhid olublar. Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz isə yaralanıb. Bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdiyi ilk vandalizm aktı deyil.

Manevr.az trend-in məlumatına görə bildirir ki, bu barədə TUMİB-in bəyanatında deyilir.

Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfata və dağıntılara səbəb olan çox sayda cinayətlər törədib.

Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsdərləri, o cümlədən beynəlxalq birlik Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Ona görə də cəzasız qalacağına inanan Ermənistan təcavüzkar əməllərini davam etdirərək, təxribatlarına ara vermir. Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Ermənistanın dinc əhaliyə qarşı son vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz misyalarına uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə dəvət edirik. Əks halda, Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı müharibənin təkrar alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar