Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenski: “Rusiya tərəfində qərar verən şəxslər yoxdur”

Tarix: 15-05-2025 20:23     Baxış: 4129 A- / A+

Dünyanın diqqəti Rusiyayla Ukrayna arasında baş tutması planlaşdırılan danışıqlar prosesinə və bu məqsədlə İstanbulda keçiriləcək görüşlərə yönəlib. Rusiya heyəti və ABŞ-dən bir sıra rəsmilər bu danışıqlar üçün İstanbulda toplaşıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edib. Ərdoğanla Zelenski arasında Prezidentlik Kompleksində 2 saat 45 dəqiqə davam edən görüş baş tutub.

Türkiyə mətbuatı xəbər verir ki, görüşdən sonra mətbuat konfransı keçirən Zelenski, İstanbulda danışıqlara qatılan Rusiya heyətində qərarvermə səlahiyyəti olan şəxslərin olmadığını bildirib.
Rusiyanın İstanbul sülh danışıqlarında heyət rəhbəri olan Vladimir Medinski, görüşlərə dair açıqlama verib. Medinski bildirib ki, "Biz bu danışıqlara, 2022-ci ildə Ukraynanın pozduğu sülh danışıqlarının davamı kimi yanaşırıq". O, əlavə edib ki, "Ukrayna ilə danışıqlardakı əsas məqsədimiz, böhranın əsas səbəblərini aradan qaldıraraq uzunmüddətli sülhün təmin edilməsidir".
Türkiyə Prezident Administrasiyası, Ərdoğanla Ukrayna Prezidenti Zelenski arasında baş tutan görüşlə bağlı açıqlama yayıb: "Görüşdə Prezident Ərdoğan, Türkiyənin sülhün sürətlə təmin olunması üçün Ukrayna ilə Rusiya arasında dialoq kanallarının açıq qalmasının vacibliyini vurğulayıb və ev sahibi olaraq, uyğun zaman seçildikdə hər iki ölkənin liderini qəbul etməkdən məmnunluq duyacağını ifadə edib."milli.az 


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar