Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis edildi

Tarix: 15-05-2025 12:38     Baxış: 3119 A- / A+


Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis olunub.
Manevr.az xəbər verir Prezident İlham Əliyev “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yeni medal fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkili, inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə təqdim ediləcək. Həmçinin mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edən şəxslər də bu medalla təltif ediləcəklər.
Təltif prosesini isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək.
Əsasnaməyə görə, medal döşün sol tərəfinə taxılır və digər dövlət mükafatları ilə birgə istifadə olunduqda, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” yubiley medalından sonra yerləşdirilir.
Yubiley medalı bürüncdən tökülmüş, diametri 38 mm olan qızılı rəngli səkkizguşəli ulduz formalı metal lövhədən ibarətdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar