Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib

Tarix: 08-05-2025 21:29     Baxış: 3138 A- / A+


Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
8 may 2025-ci il tarixində Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.
Manevr.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin baş direktoru Tiina Nirk rəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi ilə əlaqədar effektiv konsulluq yardımının göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Azərbaycan Respublikasının və Estoniya Respublikasının viza siyasətinə dair fikir mübadiləsi aparılıb.
Müasir dövrün çağırışlarına uyğun olaraq konsulluq xidmətlərinin göstərilməsində əlçatanlığının və çevikliyin təmin edilməsi məqsədilə bu istiqamətdə rəqəmsallaşmanın və elektron xidmətlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi həyata keçirilib.
Azərbaycan Respublikası ilə Estoniya Respublikası daxili işlər orqanları arasında əlaqələrin qurulması, miqrasiya, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə bir sıra təkliflər nəzərdən keçirilib.
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar